Ədliyyə işçilərinin bayram sovqatı

1326

Aprelin 10 və 11-də xalqımız bütün müsəlman aləmi ilə birlikdə müqəddəs Ramazan bayramını qeyd etdi. Onu da xatırladaq ki, islamda iki böyük bayram var. Biri Qurban bayramı, digəri isə Fitrə günü, yəni Ramazan bayramıdır. Bayramın mənəvi-əxlaqi əhəmiyyəti çox böyükdür. Orucluq ayında insanlar yaxşı işləri, xeyirxah əməlləri ilə nümunə göstərməlidirlər.

Hər il olduğu kimi, bu ilki Ramazan bayramı da yüksək səviyyədə keçirildi. Rəsmi qurumlar, xeyriyyəçilər, imkanlı şəxslər az təminatlı ailələrə, şəhidlərin valideynlərinə, qazilərə baş çəkmiş, maddi və mənəvi köməklik göstərmişdir.

Sumqayıt Regional Ədliyyə İdarəsi də xeyriyyə tədbirlərində yaxından iştirak etmişdir. İdarənin rəhbərliyi və əməkdaşları Ramazan bayramı günlərində bu qəbildən olan insanlara baş çəkmiş və onlara sovqat çatdırmışlar. Görüş zamanı torpaqlarımızın azad olunmasında qanlarını, canlarını və fiziki sağlamlıqlarını itirmiş Vətən oğullarının qəhrəmanlıqlarından söhbət açılmış, dövlətimizin şəhid ailələrinə, imkansızlara, qazilərimizə göstərdiyi diqqətdən bəhs edilmişdir. Ziyarət olunan şəxslərin hər biri onlara göstərilən qayğıdan razı qaldıqlarını bildirmiş, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyeva’ya minnətdarlıqlarını ifadə etmişlər.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər