Effektiv dövlət siyasəti və müasir siyasi lider obrazı

392

Hər bir xalqın tarixində Prezident seçkiləri öz əhəmiyyətinə görə çox mühüm yer tutur.Çünki,xalqözünə yeni rəhbər seçir və təbii ki,növəti illərdə onun taleyini də məhz bu yeni rəhbər müəyyənləşdirir.
2003-cü il oktyabr ayının 15-də Azərbaycan XXI əsrdə özünün ilk prezidentini seçdi.
Belə ki,səsvermə hüququna malik olan vətəndaşların 71,5%-nin iştirak etdiyi seçkilərdə İlham Heydər oğlu ​Əliyev böyük səs çoxluğu ilə növbəti 5 ildə Azərbaycanın prezidenti seçildi.
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk illərdən qəbul etdiyi fundamental qərarlarla,imzaladığı sərəncamlarla daim xalqın mənafeyindən çıxış etdiyi,verdiyi vədlərin sırf əməli fəaliyyətə,reallığa adekvat olduğunu göstərmişdir.
Siyasi iradə və qətiyyət,məqsədəyönlülük,mütərəqqi islahatlara meyillilik,öz siyasətini reallaşdırarkən hər bir fərdin,qrupun,ümumilikdə toplumun maraqlarını nəzərə almaq Prezident İlham Əliyevin siyasi lider obrazını şərtləndirənmühüm keyfiyyətlər sırasında xüsusi vurğulana bilər.
Bu gün dövlətimiz milli dəyərlərimizin təminatçısına çevrilib.Prezident İlham Əliyev xalqımızın milli dəyərlərinin təbliğinə və gənclərimizin də bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir.Dövlət siyasətində hər bir azərbaycanlının,ən əvvəl,öz xalqının dəyərlərinə sahib çıxması,öz mədəniyyətini,adət-ənənəsini,mentalitetini və milli dəyərlərini qoruması önə çəkilir.”Gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasla bərabər,həm də daha çox milli irs,milli mentalitet ərmağan edilməlidir. “ prinsipi əsas götürülmüşdür.
Ölkə prezidenti cənab İlham Əliyevin bütün sahələrdə sürətli və davamlı inkiafını şərtləndirən,dövlətimizin daha da möhkəmlənməsi,əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi tədbbirlər öz müsbət nəticələrini verməkdədir.
Daxili inkişafımızla yanaşı,xarici siyasi strategiyamızdakı məqsədyönlü və uzaqgörən addımlar ataraq beynəlxalq nüfuzumuzun daha da yüksəldilməsinə,digər dövlətlərlə sıx dostluq,qardaşlıq əlaqələrinin yaranmasına imkanlar yaratmışdır.Xüsusi vurğulamaq lazımdır ki,həyata keçirilən xarici siyasətin əsas qayəsini Dağlıq Qarabağ münaqişəsi məsələsində xalqımızın haqlı mövqeyinin dəstəklənməsinə xidmət göstərir.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyev prezident seçildikdən sonra ümummilli liderin başladığı işləri uğurla davam etdirdi.Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkəmizdə aparılan siyasəti böyüməkdə olan nəslin hərtərəfli inkişafını,onların cəmiyyətin həyatında fəallığını təmin edir.Gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirmək məqsədi ilə 2005-ci ildə “ Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər) qəbbul edilmiş və mühüm tədbirlər həyata keçirilmişdir.Bu mühüm dövlət sənədini hər bir gəncə ünvanlanmış kimi də qiymətləndirmək olar.Ölkə başçısnın digər bir sərəncamı ilə 2007-ci il “ Gənclər ili” elan olunması da ölkə başçısının gənclərə olan qayğısınıngöstəricisidir.Bu gün bir çox mühüm vəzifələrə gənclərin gətirilməsi də ölkə başçısının gənclər siyasətinin bir parçasıdır.
Yeni AzərbaycanPartiyasının hər bir qurultayı respulikamızın siyasi-ictimai həyatında böyük hadisə kimi yadda qalır.Çünki,Ulu Öndər Heydər Əliyevin rəhərliyi ilə yaradılan YAP ilk gündən cəmiyyətin siyasi qüvvəsinə çevrilib.YAP-ın 2005-ci ilin 26-mart tarixində keçirilən III qurultayı ilə ölkə başçısı Yeni Azərbaycan Partiyasının sədri seçilmişdir.Ölkə başçısının YAP-ın sədri seçilməsi ölkəmizin demokratik inkişafında mühüm rol oynadı.Müxtəlif illərdə keçirilən qurultaylardan biri də 2021-ci ilin 5 Mart tarixində keçirildi və bu partiyanın sayca VII qurultayı idi.Bu qurultayla YAP-da bir sıra köklü islahatlar aparılmış və bununla da partiya sədrinin birinci müavini vəzifəsi təsis olunmuş,İdarə heyəti,Veteranlar Şurası,Gənclər birliyi və Mərkəzi aparatı yaradılmışdır
Hər kəsə məlumdur ki, dövlətimizin başçısı sadə həyat tərzinə üstünlük verir, təm-tarağı sevmir, daim məmurları da sadə və təvəzökar olmağa çağırır. Özününün əlli illik yubileyini ailə üzvləri, şəxsi dostları, yaxınları ilə deyil Taxtakörpü qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə birlikdə qeyd etməsi həm prezident İlham Əliyevin humanizminin və qayğıkeşliyinin ifadəsi idi, həm də cəmiyyətə bir mesaj idi. Cəmiyyət də, dost da, düşmən də bir daha gördü ki, Azərbaycan prezidentinin ən yaxın dostları elə Azərbaycanın ən sadə vətəndaşlarldır. Bu ənənə indi də davam edir, cənab Prezident ad günlərində, bayramlarda, əlamətdar günlərdə sosial müdafiəyə ehtiyacı olan insanlarla birlikdə olur, onlara mənzillər, minik avtomobilləri hədiyyə edir, parklar, körpülər, yollar açır, müəssisələri, yeni iş yerlərini işə salır.
2020-ci il bütün dünyanın yaddaşına çətinliklərlə dolu bir il kimi həkk olundu.Bütün dünya bir cəbhədə mübarizə apararkən,xalqımız iki tərəfli mübarizə apardı.Ölkə başçısının yürütdüyü qətiyyətli siyasət nəticəsində xalqımız hər iki müharibədən alnı açıq,üzüağ çıxmağı bacarmışdır.Bütün dünyanın pandemiya ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqı öz sərkərdəsinin ətrafında sıx birləşərək 30 ildir ki,həsrətini çəkdiyi Qarabağına qovuşmağa can atırdı və nəhayət ki buna nail oldu.
2003-ildən sonra Prezident İlham Əliyev respublikamızı qarşıya qoyulan hədəflərə çatdırmaq üçün müdrik və fədakar siyasət yürütdü.İlk növbədə,Azərbaycanın sosial-iqtisadi inkişafı təmin olundu.Öz bəhrəsini verən enerji siyasəti iqtisadiyyatın digər sahələrinin inkişafına da təkan verdi.Bu illər ərzində Azərbaycan bir çox enerji və iqtisadi layihələri sürətlə reallaşdırdı,tranzit rəqabətin gücləndiyi bir vaxtda mükəmməl nəqliyyat infrastrukturu şəbəkəsi quruldu.
Əlbəttə,bütün bu nailiyyətlərin təməlində dayanan səbəblər düzgün idarəçilik,müasir siyasi-iqtisadi çağırışların dəyərləndirilməsi və müstəqil siyasətin həyata keçirilməsidir.
Prezident İlham Əliyev öz siyasətini formaca çox sadə, lakin məna yükü çox böyük olan dörd kəlmə ilə ifadə edir: Bizim siyasətimiz, bizim işimizdir!
Sözlə əməl bir olanda ölkədə inkişaf olur, ədalət olur, birli olur,xalqın öz sabahına inamı olur, bu inamı yaradan Liderinə etibar, etimad və məhəbbət olur.
Məhz bu birliyin sayəsində biz, torpaqlarımızı da işğaldan azad etdik, ərazi bütöblüyümüzü bərpa etdik, tarixi yurdlarımıza dönüşü reallaşdıra bildik.
Cənab Prezidentin irəli sürdüyü “Biz birlikdə güclüyük!” şüarı isə bütün dövrlərin birlik və həmrəylik himninə çevriləcəkdir!
Hər günü gərgin keçən bu 44 günün içərisində biz Azərbaycanın növbəti uğur tarixini yazdıq. Bu tarixin isə bir qəhrəmanı var: Azərbaycan xalqı və onun yenilməz Lideri cənab İlham Əliyev!

Rəsulzadə Müjgan,
Sumqayıt şəhər Əliağa Vahid adına kitabxana filialın müdiri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər