Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbəti parlament seçkiləri üçün hazırlıqlar davam edir. 43 saylı Sumqayıt 2-ci seçki dairəsindən deputatlığa namizəd Tahir Mirkişilinin seçki kampaniyası uğurla davam edir.
Xüsusi Təyinatlı Qüvvələrdə “Əfsanəvi tabor”un komandiri, Aprel döyüşlərinin və Vətən müharibəsinin qəhrəmanlarından biri ehtiyatda olan polkovnik-leytenant Nizami Əliyev Tahir Mirkişilinin seçki kampaniyasında vəkil kimi iştirak edir.
Polkovnik-leytenant Nizami Əliyev Prezident İlham Əliyevin sərəncamları əsasında “Azərbaycan bayrağı” ordeni, “Şücaətə görə”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qüsursuz xidmətə görə” və digər medallarla təltif edilib.
Qeyd edək ki, “Əfsanəvi Tabor” adı taborun içində cəmləşmiş 13 seçilmiş qəhrəmanın şücaəti ilə bağlıdır. Camal İsmayılov, Elyar Vəliyev, Sübhan Cəbrayılov, Kamil Şirinov, Həmid Abbasbəyli, Şəhriyar Quliyev, Elton Qənbərli, Ramiq Tağıyev, Xəyyam Əzizov, İlkin Zülfüqarov, Kərim Əliyev, Tərzan Həşimov və Yusif Qurbanov kimi qorxmaz igidlər Hadrut, Cəbrayıl və Şuşanın alınmasında misilsiz qəhrəmanlıqlar göstəriblər. Sübhan Cəbrayılov, Camal İsmayılov və Elyar Vəliyev “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, digərləri isə “Qarabağ” və “Azərbaycan bayrağı” ordenləri və döyüş medalları ilə təltif olunublar.
ƏTRAFLI VİDEOLAR:
Müzakirə qapadılmışdır.