Əhməd Məmmədov şəhadətə ucalmasının 30-cu ildönümündə anıldı – Fotolar

1418

Bu gün Qarabağ müharibəsində qəhrəmancasına həlak olan Əhməd Məmmədovun şəhadətə ucalmasının 30-cu ildönümüdür. 

“Unikal” xəbər verir ki, bununla əlaqədar Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində anım tədbiri keçirilib. Eyni zamanda, şəhidimizin həyatı və döyüş yolundan bəs edən filmin təqdimatı baş tutub.

Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, dövlət və ictimaiyyət nümayəndələri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Hacızadə Tərlan, millət vəkilləri Ceyhun Məmmədov və Müşfiq Məmmədli iştirak ediblər. Tədbirdə öncə şəhid Əhməd Məmmədov barəsində məlumat verilib. Daha sonra şəhidimizin oğlu, tanınmış jurnalist Zaur Əhməd çıxış edərək Azərbaycan xalqının yaddaşında hər bir şəhidin qəhrəmanlıq dastanı əbədi qalacağını bildirib. Sonra o, hazırlanan “Şəhid Əhməd – Oğluma məktub” filminin necə ərsəyə gəlməsindən danışıb. Daha sonra filmin ssenari müəllifi, ehtiyatda olan zabit Seymur Şahbazzadə çıxış edib. O da film barədə ətraflı məlumat verib. Filmdə müharibənin ilk illərindən son qələbəyə kimi baş verən proseslərin əks olunduğunu, ağır mühəribə dövründən mütləq qələbəyə qədərki hadisələrin yer aldığını bildirib. Sonra film təqdim oluunub.

Təqdimatdan sonra şəhər icra hakimiyyətinin nümayəndələri, millət vəkilləri, ictimaiyyət adamları çıxış edərək fikirlərini bölüşüblər.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər