Eldəniz Əmirov: “Müəllimlər bizdən Tahir Mirkişili kimi məzun olmamızı istəyirdilər”

700

“Tahir Mirkişilinin ötən dövr ərzində dinamik və effektiv fəaliyyəti, müsbət insani keyfiyyətləri, bir millət vəkili kimi peşəkarlığı və iqtisadi bilikləri mənim üzərimdə bir iqtisadçı kimi mənəvi borc yaradır ki, hazırkı məqamda onun haqqında bir neçə cümlə yazım”

Bu fikirləri iqtisadçı ekspert Eldəniz Əmirov sosial şəbəkə hesablarında yazıb.

Sumqayitxeber.com Eldəniz Əmirovun paylaşımını təqdim edir:

“Hələ 31 il əvvəl – 1993-cü ildə mən Fizika-Riyaziyyat və İnformatika Təmayülli Litseyə qəbul olanda oradakı müəllimlər bizdən yuxarı sinifdə oxuyan Tahir Mirkişilini tərifləyir və bizə onun kimi məzun olmamızı istəyirdilər. Zamanla gördüm ki, onu təkcə müəllimlər yox, uşaqlar da çox sevir. Daha sonra mən İqtisad Universtetində oxuyanda da Tahir Mirkişilinin orada da eyni hörməti və sevgini qazandığının şahidi oldum.

İllər sonra Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri olan Tahir müəllimin, ötən dönəm ərazində ölkəmiz üçün çox vacib olan qanunvericilik aktlarının qəbul edilməsində böyük əməyi oldu. 2006-cı ildə Milli Məclisə təqdim edilən 2 oxunuşdan keçib 3-cü oxunuşa çıxarılmayan “Rəqabət Məcəlləsi” və digər önəmli qanunvericilik aktları məhz onun komitə sədri olduğu dövrdə qəbul edildi, bir çox qanunlar isə daha da təkmilləşdirildi.

O, həm ATƏT Parlament Assamblyasında nümayəndə heyətinin üzvü, Avronest Parlament Assamableyasında nümayəndə heyətinin rəhbəri və Enerji Təhlükəsizliyi komitəsinin sədri olaraq cənab Prezident İlham Əliyevin iqtisadi-siyasi strategiyasına uyğun fəaliyyət göstərərək uğurlu nəticələr ortaya qoydu. (2022-ci ildə AVRONEST PA xəttilə İrəvana səfəri və orada qalib ölkəmizi qalib nümayəndə formatında təmsil etməsi bu nümunədən sadəcə biridir)

Mən bir iqtisadçı olaraq, yuxarıda qeyd etdiyim və statusun çox uzun alınmaması üçün hələ qeyd etmədiyim digər yüksək keyfiyyətlərə malik Tahir müəllim kimi iqtisadçı alimin, vətənini sevən vicdanlı bir insanın Parlamentdə təmsil olunmasının ölkəmiz üçün çox önəmli olduğunu düşünürəm”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər