Elektron xidmətlərin inkişafı iqtisadi qənaətə səbəb ola bilir

2336

Elektron xidmətlərin inkişafı Ümum Daxili Məhsulun (ÜDM) 2%-i həcmində iqtisadi qənaətə səbəb ola bilir.

Azərbaycanda vergi toplama sistemi maliyyə effektivliyinə görə dünyadakı ən effektiv toplama sisteminə çox yaxındir.

Dünyada ən effektiv vergi(rüsum) yığılma sistemi Estoniya sistemi sayılır. Hər 100 avro vəsaitin toplanmaı üçün estonlar 0.4 avro xərcləyirlər (vergi və gömrük orqanlarının saxlanmasına büdcədən sərf olunan vəsait). Bu cür effektivliyə estonlar elektron xidmətlərin maksimal tətbiqi sayəsində nail olublar.

Azərbaycanda 2015-ci il üzrə büdcə rəqəmlərini təhlil etdikdə vergilərin(rüsumların) yığılmasının effektivlik əmsalı (büdcədən vergi və gömrük orqanlarının saxlanmasına ayrılan bütün vəsaitin büdcəyə yığılan vergi və gömrük rüsumlarına nisbəti) 0.46 dır. Yəni, hər 100 manat vəsaitin toplanmaı üçün büdcədən 0.46 manat xərclənir. Bu o demək ki, Azərbaycanda olan vergi toplama sistemi maliyyə effektivliyinə görə Estoniyaya, yəni, dünyadakı ən effektiv vergi yığılma sisteminə çox yaxındir. Müqayisə üçün deyək ki, vergi yiğılmanın effektivlik əmsalı Türkiyədə 0.7, İtaliyada 1.0, Fransada 1.3, Almaniyada 1.4, Slovakiyada isə 3.0 dır.

Bütün bunlarla yanaşı, ölkələr bu effektivlik əmsalını daim yaxşılaşdırmaq yollarını arayırlar. Təkmilləşdirmə yollarından ən əsaslarından biri elektron xidmətlərin inkişafı sayılır. Avropa Birliyi Komissiyalarının hesablamarına görə Elelktron Xidmətlər və Elektron Sənəd Dövriyyəsinin (kağızdan imtina) tam tətbiqi Avropa Birliyi ölkələrinin iqtisadiyyatlarında ÜDM-in 2% -i həcmində qənaətə səbəb olacaqdır.

Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə Azərbaycanda hüquqi şəxslərin mənfəət vergisinin ümumi həcmi ölkənin ÜDM-nin 4% həcmində olmuşdur. Bu qanunauyğunluğu ölkəmizə də tətbir etsək, elektron xidmətlərin inkişafı Azərbaycan iqtisadiyyatında ÜDM-in 2%-i və ya bütün hüquqi şəxslərin mənfəət vergisi həcminin 50% -i həcmində qənaətə səbəb ola bilər. Bu isə mütləq ifadədə 1 milyard 100 milyon manat qənaət və ya əlavə investisiya dəyəri deməkdir.

Bu ilin avqust ayının 4-də ölkə Prezidentinin imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamı yuxarıda deyilən məsələləri də hədəfləməklə ölkə iqtisadiyyatında böyük artıma səbəb olacaqdır. Aparılan islahatların iqtisadiyyata verdiyi əlavə dəyərlər, yuxarıda göstərildiyi kimi, hələ təkcə bir istiqamətdə milyardlarla manat dəyərində ölçülməkdədir.

Tahir Mirkişili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər