Elnarə Akimova seçicilərlə görüş keçirib

454

46 saylı Sumqayıt beşinci seçki dairəsindən Milli Məclisin deputatı Elnarə Akimova bu gün vətəndaşlarla görüş keçirib. Görüş zamanı vətəndaşlar işsizlik, sosial məsələlər, sağlamlıq kimi mövzularda deputata müraciətlərini çatdırıblar. Seçicilərin qaldırdığı problemlər və çətinliklər geniş müzakirə olunub və onların həlli yolları araşdırılması üçün qeydə alınıb.

Qəbulda səsləndirilən təklif və şikayətlər diqqətlə dinlənilib, müvafiq strukturlara yönləndirilməsi və həlli üçün tədbirlər görüləcəyi bildirilib.

Qeyd edək ki, deputatın növbəti görüşü 24 oktyabrda Yeni Azərbaycan Partiyasının (YAP) Sumqayıt şəhər təşkilatında keçiriləcək.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər