SOCAR “Azərikimya” İstehsalat Birliyinin baş direktoru, “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının sədri Elnur Məmmədliyə ağır itki üz verib. Onun atası, tanınmış alim və folklorşünas Elxan Məmmədli vəfat edib.
Elxan Məmmədli Azərbaycan elmi və mədəniyyətinə böyük töhfələr vermiş, AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri kimi uzun illər fəaliyyət göstərmişdir. O, Azərbaycan ozan-aşıq sənətinin inkişafına mühüm xidmətlər göstərmiş, televiziya və radio vasitəsilə folklor irsinin təbliğinə töhfə vermişdir. 2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.
Mərhumun vəfatı ilə bağlı “Azərikimya” İB-nin kollektivi və elmi ictimaiyyət dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!
Müzakirə qapadılmışdır.