Reklam

Reklam

Reklam

Əməkdar jurnalist Eyruz Məmmədov vəfat edib

57

Əməkdar jurnalist, yazıçı-publisist və Sumqayıt hadisələrinin araşdırmaçısı Eyruz Məmmədov 73 yaşında, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Eyruz Məmmədov 1988-ci ildən etibarən Azərbaycana qarşı törədilmiş erməni-daşnak təxribatlarının tədqiqi və ifşası istiqamətində yorulmadan çalışıb, çoxsaylı tarixi-sənədli filmlərin və 30-dan artıq kitabın müəllifi olub.

Son 30 il ərzində bir çox tarixi-sənədli filmlərin müəllifi olan Eyruz Məmmədov Azərbaycana qarşı uzun illər Ermənistanda, Dağlıq Qarabağda, eləcə də Bakı və Sumqayıtda törədilmiş erməni-daşnak təxribatlarının tədqiqi və ifşası istiqamətində 1988-ci ildən etibarən yorulmadan fəaliyyət göstərib. O, bu işi vətənpərvər jurnalist məsuliyyəti ilə davam etdirib.
Sumqayıt hadisələrindən sonra ömrünün qalan hissəsini ekspert qismində bu olayların araşdırılmasına həsr edən Eyruz Məmmədovun sənədli əsərləri, roman və povestləri onu nəinki yaşayıb-yaratdığı Sumqayıtda, bütövlükdə respublikada, eləcə də MDB ölkələrində və uzaq xaricdə tanıdıb.
Mərhum “Sumqayıtın əks-sədası” və “Sumqayıtın əks-sədası-2” tammetrajlı sənədli filmlərinin, “28-dən 29-na keçən gecə”, “Sumqayıtım mənim”, “2-ci paralel” və digər əsərlərin müəllifidir. O, ümumilikdə 30-dan artıq kitab qələmə alıb.
Qeyd edək ki, Eyruz Məmmədov görkəmli Azərbaycan rejissoru Davud İmanovla birgə böyük çətinliklər və təhlükələr bahasına ərsəyə gətirdikləri “Sumqayıtın əks-sədası” (“Эхо Сумгаита”) filmi və Sumqayıtın ilk qurucuları ilə sonrakı nəsillərə həsr etdiyi fundamental “Sumqayıtım mənim” kitabı ilə də Azərbaycan ictimai fikrində xüsusi yer tutub.
Allah rəhmət eləsin, ruhu şad olsun.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər