Emin Əmrullayev: “Biz bu müəllimləri işdən çıxarmağı planlaşdırmırıq”

695

“Müəllimlərin işə qəbulu 2012-ci dən işə başlayıb. Bu sayədə yerlərdə nəzarət mexanizmi daha da əlçatan oldu. Ancaq hazırda elektron sistemlərlə buna nəzarət çox asandır”.

Sumqayitxeber.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

“Bu gün astarada 356 ibtidai sinif var. Burada müəllim sayı 676-dır. Biz hazırda həmin müəllimləri işdən çıxarmırıq. Zamanında ayrı ayrı direktorlar, şəxslər belə səhv edib. Hazırda nazirlik müəllim və şagird sayı arasında tarazlığı sabitləməyə çalışır. Məqsəd isə müəllimlərin işdən çıxarılması deyil.

“Ağdamdakı məktəbdə isə 33 şagird və 14 müəllim var. Bu gün həmin məktəbdəki müəllimlər işləyirlər. Biz bu müəllimləri də işdən çıxarmağı planlaşdırmırıq”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər