Əminağa Sadıqov tələbələrlə görüşdü

55
2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin tələbələri üçün səhər yeməyi təşkil olunub
2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri üçün səhər yeməyi təşkil olunub. Tədbir Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə həyata keçirilib. Tədbiri SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov açaraq gəncləri bayram münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Əminağa Sadıqov çıxışında Azərbaycan Gəncləri Gününün MDB məkanında ilk dəfə məhz Azərbaycanda təsis olunduğunu xatırladaraq, bunun Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi yüksək etimad və diqqətin bariz nümunəsi olduğunu vurğulayıb.
Əminağa Sadıqov Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışının ölkənin taleyində dönüş nöqtəsi olduğunu bildirib, onun müdrik siyasəti və qətiyyətli iradəsi sayəsində dövlətçiliyin möhkəmləndiyini, daxili və xarici təhlükələrin neytrallaşdırıldığını qeyd edib. Rektor vurğulayıb ki, həmin dövrdə gənclərin həm orduda, həm də dövlət quruculuğu prosesində fəal iştirakı bu günün təsis olunmasına əsas yaradıb.
Əminağa Sadıqov Prezident İlham Əliyevin gənclərə göstərdiyi xüsusi diqqəti də vurğulayaraq, dövlət başçısının gəncləri dövlət idarəetməsində irəli çəkməsi, yüksək məsul vəzifələrə təyin etməsi gənclər üçün mühüm motivasiya mənbəyidir. O, qeyd edib ki, bu etimadı doğrultmaq üçün gənclər yüksək bilik və peşəkarlığa malik olmalıdırlar.
Çıxışında gənclərin cəmiyyət və dövlət qarşısında daşıdığı məsuliyyətə toxunan Ə.Sadıqov, universitet tələbələrinin ölkə gəncliyinin ən bilikli və düşünən təbəqəsi olduğunu diqqətə çatdırıb. O, bildirib ki, müasir dövr informasiya və texnologiyalar əsridir və bilikli, savadlı, yeni texnologiyalara yiyələnmiş gənclərə ehtiyac hər zamankından daha çoxdur. Bu baxımdan süni intellekt və kibertəhlükəsizlik məsələlərinin dövlət təhlükəsizliyində mühüm rol oynadığını qeyd edən Ə.Sadıqov gəncləri bu sahələrdə biliklərini daim artırmağa və ayıq-sayıq olmağa çağırıb.
Sonda Əminağa Sadıqov bir daha tələbələri Gənclər Günü münasibətilə təbrik edərək, Sumqayıt Dövlət Universitetinin tələbələri ilə fəxr etdiyini bildirib, onlara möhkəm cansağlığı, uğurlu təhsil və parlaq gələcək arzulayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər