Ermənistanın enerji infrastrukturu və təbii sərvətlər naziri Aşot Manukyan istefa verib.
Oxu.Az-ın Aysor.am-a istinadən verdiyi xəbərə görə, nazirliyin mətbuat katibi Vasak Tarpoşyan nazirin artıq bununla bağlı ərizəni hökumətə təqdim etdiyini bildirib. Hələlik onun vəzifəsini icra etdiyi xəbər verilir.
Qeyd edək ki, Ermənistanda hələ 2016-cı ilin sonlarından bəri nazirin istefa verəcəyi ilə bağlı söz-söhbətlər gedib.
Müzakirə qapadılmışdır.