“Facebook”da bu həftədən nə dəyişir? - ZUKERBERQ DANIŞDI

1273

“Facebook” rəhbəri Mark Zukerberq bu həftədən etibarən sosial şəbəkədə həyata keçiriləcək mühüm dəyişiklik barədə məlumat verib.

İKT.lent.az-ın xəbərinə görə, M. Zukerberq bildirib ki, artıq istifadəçilər özləri xəbərləri qiymətləndirməklə onların keyfiyyətinə təsir göstərə biləcəklər: “Örtən həftə mən dostlar və doğmalar arasında ünsiyyəti təşviq etmək üçün böyük dəyişiklik anons etdim. Nəticədə siz publik kontent – xəbərlər, videolar və dostların postlarını daha az görəcəksiniz. Dəyişiklikdən sonra lentdə xəbərlərin kəmiyyəti təxminən 4-5% azalacaq. Müasir dünyada sensasiyaya meyl, dezinformasiya və baxışların qütbləşməsi həddən artıqdır. Sosial media insanlara informasiyanı heç vaxt olmadığı qədər sürətlə yaymağa imkan verir. Biz spesifik problemləri indi həll etməsək, onların dərinləşməsinə rəvac vermiş olarıq”.

M. Zukerberqin fikrincə, sosial şəbəkənin xəbər lenti hansısa ümumi baxışın formalaşmasına kömək etməlidir: “Biz qərara gəldik ki, ən obyektiv üsul hansı mənbələrin daha etibarlı olduğunu müəyyənləşdirməkdə istifadəçilərə güvənməkdir”.

Sosial şəbəkə rəhbəri qeyd edib ki, ictimai rəyin müntəzəm öyrənilməsi çərçivəsində “Facebook” əməkdaşları insanlardan bu və digər informasiyanın mötəbərliyini qiymətləndirməyi xahiş edəcək. Cavablar əsasında reytinq müəyyənləşdirəcək və reytinqin liderləri xəbər lentinə buraxılacaq.

M. Zukerberq xəbər mənbələri ilə tanış olmayan insanların mövqeyinin nəzərə alınmayacağını söyləyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər