“Facebook”da təhqir edən şəxsə necə cəza verilməlidir? – Deputatdan açıqlama

1350

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli modern.az-a açıqlamasında deyib.

O bildirib ki, bəzən bu məsələ səhv başa düşülür:

“Bu qanun sosial mühitin bütün parametrlərinə aid deyil. Tutaq ki, “Facebook” yazışmalarını əhatə etmir. Yəni əgər rəsmi saytda böhtan və təhqirə yol verilibsə, prokurorluq hər hansı məlumat əsasında cinayət işi başlada bilər. Kiminsə xüsusi ittiham qaydasında məhkəməyə müraciəti də mümkündür. Ancaq sosial şəbəkələrdə belə hallar yoxdur. Yalnız ümumi qaydada təhqir olunan, böhtan atılan, zərər çəkmiş şəxs rəsmi müraciət etməli və onun müraciəti araşdırılmalıdır. Bu qanun rəsmi informasiya mənbələrinə, elektron vasitələrinə aiddir. İnsanın şərəf və ləyaqəti təhqir olunur, alçaldılır, yaxud etmədiyi, etdiyi hərəkət barədə böhtan məlumat yayılırsa, ailəsi haqqında, işi haqqında şəxsiyyəti təhqir olunursa, təbii ki, o vətəndaşın müraciəti araşdırılmalıdır”.

Deputat qeyd edib ki, bu gün sosial şəbəkələrlə bağlı məsələ ciddi əhəmiyyət daşıyır:

“Demək olar ki, bütün dünyada sosial şəbəkələrdəki yazışmaları oxumaq olmaz, bu, dövlətin də borcu deyil. Əlbəttə sosial şəbəkələrdə hər hansı təhqir və böhtanın qabağını almaq üçün hətta qərb ölkələrində belə müəyyən qanunlar qəbul olunur. İnternetin məhdudlaşdırılması, ona nəzarətin tətbiqi, böhtan və təhqirlərin qarşısının alınması ilə bağlı demokratik dövlətlərdə belə aktuallaşıb. Bu, çox ciddi məsələdir. Lakin dediyim kimi, rəsmi informasiya mənbəyi olduğu halda dövlət orqanları mütləq reaksiya verməlidir. Fərqi yoxdur, müraciət etdilər, ya etmədilər”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər