Faydalı əməkdaşlığa verilən mühüm töhfələr

462

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası beynəlxalq hüquq prinsiplərinə əsaslanan çoxşaxəli və sülhpərvər xarici siyasət yürüdür. Təsadüfi deyildir ki, erməni işğalçıları əzəli və əbədi torpaqlarımızın 20 faizini 30 ilə yaxın işğal altında saxlasa da Azərbaycan bu problemi daim sülh yolu ilə həll etməyə çalışdı, ölkəmiz əlindən gələn bütün diplomatik səyləri göstərdi. Təəssüf ki, Ermənistanın qeyri-konstruktiv və aqressiv mövqeyi bu cəhdlərimizi nəticəsiz qoydu. Sonda qəhrəman Azərbaycan Ordusu öz qəti sözünü dedi. Torpaqlarımız işğaldan azad edildi.

Postmüharibə dövründə də Azərbaycan öz sülhpərvər siyasətini davam etdirir. Ölkəmiz bir çox dövlətlər və təşkilatlarla həm ümumi, həm də ikitərəfli formatda öz əlaqələrini genişləndirir. Buraya bizim həm Rusiya Federasiyası, həm də keçmiş sovet respublikaları ilə olan əlaqələrimiz də aiddir. Təsadüfi deyildir ki, 25 may 2023-cü il tarixində Rusiyanın paytaxtı Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibli iclasına Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdə qonaq qismində dəvət olunmuşdu. Bu ölkəmizə göstərilən yüksək hörmətin və sonsuz ehtiramın bariz göstəricisidir. Bir mühüm məqamda mütləq vurğulanmalıdır ki, Azərbaycan və Rusiya arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasında Ulu Öndər Heydər Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin xüsusi xidmətləri var. Dövlətlərimiz arasında beynəlxalq hüquqa əsaslanan ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın əsası məhz onlar tərəfindən qoyulmuşdur. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası hal-hazırda bir çox sahələr üzrə əməkdaşlığı uğurla davam etdirirlər.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 25 may 2023-cü il tarixində Rusiyanın paytaxtı Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirakı və tədbirdə çıxışı bir çox vacib məqamlarla yadda qaldı. Ölkə başçımızın öz çıxışında vurğuladığı rəqəmlərə diqqət yönəltdikdə dövlətimizlə birlik arasında iqtisadi-ticatət əlaqələrinin yüksək səviyyədə olduğana bir daha əmin

oluruq. Belə ki, ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Bu göstərir ki, əmtəə dövriyyəsinin gələcək artımı üçün böyük potensial var. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir.Sözsüz ki, Cənab İlham Əliyevin Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin başçıları ilə həm Müstəqil Dövlətlər Birliyinin sammitləri çərçivəsində, həm də ikitərəfli formatda müntəzəm görüşləri bu faydalı əməkdaşlığa mühüm töhvələr verir.

Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclası həm də siyasi baxımdan önəmli etiraflarla yadda qaldı. Belə ki, Ermənistan Baş Naziri Nikol Paşinyan öz çıxışı zamanı qeyd etdi ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanımaqla bağlı razılaşıblar. Ermənistanın Baş Nazirinin bu etirafı Cənibi Qafqazda qalıcı sülhün əldə olunmasına yeni ümidlər yaradır.

Emin Əliyev,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər