Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən 2026-cı ilin fevral ayında Sumqayıt şəhərində vətəndaşların qəbulu keçiriləcək.
Qəbul cədvəlinə əsasən, 5 fevral tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Sumqayıt, Abşeron və Xızı rayonlarından olan vətəndaşlarla görüşəcək.
13 fevral tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov Sumqayıt və Abşeron sakinlərinin müraciətlərini dinləyəcək.
27 fevral tarixində isə elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt, Abşeron, Xızı və Qubadlı rayonlarından olan vətəndaşları qəbul edəcək.


Müzakirə qapadılmışdır.