Gənc informatiklərin mükafatlandırma mərasimi keçirilib

1043

Bu gün “Kimyaçı” Mədəniyyət Sarayında Sumqayıt şəhər İcra hakimiyyəti və Sumqayıt şəhər Təhsil Şöbəsi tərəfindən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında artıq ikinci ildir təşkil olunan “Gənc İnformatiklər 2009” müsabiqəsinin qaliblərinin təntənəli mükafatlandirma mərasimi keçirilib. Mərasimdə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri Rüfət Gülməmmədov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin idarə rəisi Samir Məmmədov və respublikanın aidiyyatı şirkətlərindən nümayəndələr iştirak edib. İnternet səhifələrin və təqdimat işlərinin hazırlanması, həmçinin mətn yığıcılığı istiqamətləri üzrə keçirilmiş müsabiqədə Münsiflər Heyəti tərəfindən 14 müxtəlif nominasiya müəyyən edilib. İnternet səhifələr və təqdimatlar proqramçı işinə, mövzu orijinallığına, ən yaxşı dizaynına və məzmununa görə qiymətləndirilib. İbtidai sinif şagirdləri arasında təşkil olunan mətn yığıcılığı yarışında isə ilin vunderkindi, ən çevik informatik, ən səliqəli informatik və ədib informatik mükafatlandırılıb.
Mərasimdə qaliblərə müsabiqənin əsas mükafatı olan “Rəqəmsal dünya” heykəlciyi və dəyərli hədiyyələr təqdim edilib.
Müsabiqə HP şirkətinin və “Microsoft-Azərbaycan” korporasiyasının baş sponsorluğu, Aztelekom İstehsalat Birliyi və “DNS Computers” MMC-nin sponsorluğu ilə keçirilib və Sumqayıt şəhərinin 60 illik yubileyinə həsr olunub.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Qafqaz Universiteti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, “İntel – Gələcək üçün təhsil” proqramı, Azərbaycan İnternet Forumu və Sumqayıt Tələblər İttifaqı layihəyə təşkilati dəstək göstərirlər.
Müsabiqəyə informasiya dəstəyini İnterfaks-Azərbaycan İnformasiya Agentliyi, Xəbərlər.az portalı, 168 saat qəzetlər qrupu, Dünya televiziyası, Sumqayıt qəzeti və Explorer jurnalı göstərir.
Qeyd edək ki, eyni zamanda bu gün Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasının da rəsmi açılışı olub. İT Akademiyanın əsas məqsədi İnformatika və kompüter elminin inkişafına, Təhsil sahəsində İKT-nin tətbiqinə, İKT sahəsində dövlət proqramlarına dəstək və eyni zamanda İKT sahəsində maarifləndirmədən ibarətdir.
Hazırda kitabxana və elektron resurs mərkəzindən, təlim otaqlarından, konfrans zalından ibarət olan İT Akademiya yaxın gələcəkdə Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Qafqaz Universiteti ilə birlikdə müxtəlif layihələrin icrasına başlayacaq.

Web sayt yaratmaq üzrə Qaliblər:

Nəcəfli Ülvi Elxan oğlu – 1991-ci il 14 avqustda anadan olmuşdur. Sumqayıt şəhər İ.Qayıbov adına 1 № li orta məktəbin XI sinif şagirdidir. Nailiyyətləri: 2009-cu il may ayında H.Əliyev adına Müasir Təhsil Kompleksində keçirilən II İnttellekt Olimpiadasında Bilik nominasiyası üzrə III yerə layiq görülmüşdür.

 Soltanov Rüfət Sadiq oğlu – 1991-ci il 31 avqustda anadan olmuşdur.Sum qayıt şəhər İ.Qayıbov adına 1 № li orta məktəbin XI sinif şagirdidir. 2008-ci il noyabr ayında keçirilən Respublika inşa olimpiadasında (ingilis dilində) I yerə layiq görülmüşdür və qiymətli hədiyyə ilə mükafatlandırılmışdır. Amerikada universitetə daxil olmuşdur. Təhsilini xaricdə davam etdirəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Orxan Selim üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər