Sumqayıt 2025 – Gənclər Paytaxtının Açılışı Möhtəşəm Tədbirlə Qeyd Olunacaq
2 Fevral – Azərbaycan Gəncləri Günü Sumqayıtda xüsusi coşqu ilə qeyd ediləcək. 2025-ci il üçün Azərbaycanın “Gənclər Paytaxtı” seçilən Sumqayıt şəhərində bu münasibətlə genişmiqyaslı tədbirlər təşkil olunacaq.
“Gənclər Həftəsi” çərçivəsində fevralın 2-də həm Azərbaycan Gəncləri Günü qeyd ediləcək, həm də “Sumqayıt 2025 – Gənclər Paytaxtı”nın rəsmi açılış mərasimi baş tutacaq.
Bayram tədbiri saat 18:00-da Sumqayıt Dövlət Dram Teatrının qarşısında keçiriləcək və möhtəşəm konsert proqramı ilə yadda qalacaq. Səhnədə Azərbaycanın tanınmış ifaçıları çıxış edəcək:
🔹 Miri Yusif
🔹 Murad Arif
🔹 MARDAN
🔹 Nigar Camal
🔹 Gülyaz və Gülyanaq Məmmədovalar
🔹 Çinarə Məlikzadə
Bütün gəncləri bu unudulmaz tədbirdə iştirak etməyə dəvət edirik! Sumqayıt gənclərin enerjisini, birliyini və ruhunu bir araya gətirəcək.
Qeyd edək ki, Azərbaycan Gəncləri Günü münasibətilə 1-7 fevral tarixlərində “Gənclər Həftəsi”nə start verilir. Bu həftə ərzində gənclər üçün müxtəlif maraqlı tədbirlər, görüşlər, düşərgələr və sosial aksiyalar təşkil olunacaq.
Müzakirə qapadılmışdır.