Gənclər şəhərində unudulmaz gecə: Sumqayıtda Musiqili Festival

1130

Sumqayıt şəhəri bu yay möhtəşəm bir musiqi festivalına ev sahibliyi edib.  Gənclərin böyük marağına səbəb olan “Coke Studio Festival” bir çox tanınmış müğənnilərin iştirakı ilə yadda qalan bir gecə yaşadıb. Gecənin ulduzları arasında Nadir Rüstəmli, Dilarə Kazımova, Promete, Cin, Döngə və Samir Cavadzadə kimi sevilən ifaçılar yer alıb.

“Coke Studio Festival – Sumqayıt” adı altında keçirilən bu tədbir musiqi ilə dolu anlar və möhtəşəm performanslarla yadda qalıb. İfaçıların səhnədəki enerjisi və izləyicilərin coşğusu gecəni unudulmaz edib.

Qeyd edək ki, Festival 29 avqust saat 23:00-da Xəzər TV-də yayımlanacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər