Gənclik gələcəyin təməlidir!

442

Azərbaycan publisistikasının əcdadı sayılan “Füyuzat” jurnalında gənclik belə tərənnüm olunub: ”Gənclik yeni nəsil deməkdir. Kökünə bağlı, əcdadlarının yolu ilə gedən, milli, mənəvi dəyərlərinə sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz gücdür.
Əlbəttə, gənclik səadətdir. Hər bir millətin inkişafı, sağlam ruhu və tərəqqisi onun gənclərinin tərbiyəsindən asılı olur. Gənclik yeniliyə can atan, uğurların ardınca qaçan, yüksək potensiala malik insan kapitalıdır. Bunun üçün hər bir dövlət öz gənclərinə dəstək olmalı, onlara şərait yaratmalıdır. Necə ki ümummilli lider Heydər Əliyev sağlam ruhda, yüksək elm və təhsilə malik, həmçinin əvəzsiz qabiliyyət və bacarıq nümayiş etdirən, ən əsası isə əsl vətəndaş kimi yetişən gəncliyin olması üçün əlindən gələni əsirgəmədi, daima gənclərin yanında yer aldı. Bunun bariz nümunəsi kimi 1997-ci ildə imzaladığı fərmanla hər il fevral ayının 2- si Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı.

Bu siyasətin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də gənclərə dövlət qayğısını əsirgəməmiş, gənclərin yüksək səviyyədə təhsil alması, eləcə də sosial müdafiələrinin yaxşılaşdırılması ilə bağlı “Dövlət Proqramı” haqqında sənəd imzalamışdır. Gənclik gələcəyin təməli, aparıcı qüvvəsidir. Gənclik qalıcı dövr deyil, ötüb gedəndir. Ona görə də hər bir gənc bu anın hər saniyəsindən səmərəli istifadə etməli, özünə, ailəsinə, vətəninə fayda verməlidir.
Elmi ilə cəmiyyətə fayda verənlərin, yüksək inkişaf etmiş beyinləri ilə texnologiya əsrinə qalib gələnlərin, gəncliyini doya-doya yaşamayıb əsl vətəndaş kimi yetişərək gənc yaşında şəhadətə ucalanların, Avropa miqyasında və beynəlxalq arenada xalqın haqq səsini, ədalət çağırışını dünyaya çatdıranların, ruhu gənc olanların, gənclərin yanında yer alanların “ Gənclər Günü” mübarək!
Xəyalə Həmzəliyeva: Sumqayıt şəhər Evdə Fərdi Təhsil Məktəbinin müəllimi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər