Gimnastika üzrə Sumqayıt şəhər birinciliyi başa çatıb

250

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən açıq Sumqayıt şəhər birinciliyi uğurla başa çatıb.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda Abşeron-Xızı regionunu təmsil edən Abşeron OİK, Sumqayıt OİK və “Ocaq Sport” Klubunun Xırdalan bölməsindən ümumilikdə 30 gimnast iştirak edib.

Gimnastlar kiçiklər, balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyaları üzrə çoxnövçülük proqramında mübarizə aparıblar. Təsnifat mərhələsində fərqlənən idmançılar medal və diplomla mükafatlandırılıb.

Kiçiklər yaş kateqoriyası üzrə:

2018-ci il təvəllüdlülər: I və II yerlər – Sumqayıt OİK, III yer – Abşeron OİK;

2019-cu il təvəllüdlülər: I, II və III yerlər – “Ocaq Sport” Klubunun Xırdalan bölməsi

Balacalar yaş kateqoriyası üzrə:

2015-2017-ci il təvəllüdlülər: I yer – Sumqayıt OİK, II yer -“Ocaq Sport” Klubunun Xırdalan bölməsi, III yer – Abşeron OİK

Yeniyetmələr yaş kateqoriyası üzrə:

2012-ci il təvəllüdlülər: I və II yerlər – Abşeron OİK, III yer – Sumqayıt OİK

2013-2014-cü il təvəllüdlülər: I və II yerlər – Abşeron OİK, III yer – Sumqayıt OİK

Gənclər yaş kateqoriyası üzrə:

2010-2011-ci il təvəllüdlülər: I yer – Abşeron OİK, II və III yerlər – Sumqayıt OİK.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər