“Göyərçin” jurnalının baş redaktoru, şair Rafiq Yusifoğlunun 60 illik yubileyi qeyd edilib

1412

rafiq yusifogluƏməkdar mədəniyyət işçısı, “Göyərçin” jurnalının baş redaktoru, şair Rafiq Yusifoğlunun 60 illik yubileyi qeyd edilib. Yubiley münasibətilə şairi Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev təbrik edib.

Qeyd edək ki, Rafiq Yusif oğlu Əliyev 02 yanvar 1950-ci ildə Qubadlı rayonunun Çardaxlı kəndində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetini bitirən R.Yusifoğlu əmək fəaliyyətinə Sumqayıt şəhərində tərbiyəçi müəllim kimi başlamış, 1985-ci ildən isə fəaliyyətini mətbuat sahəsində, “Göyərçin” jurnalında davam etdirmişdir. 1985-1992-ci illərdə şöbə müdiri, 1992-1996-cı illərdə məsul katib vəzifələrində çalışmış, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” baş redaksiyasında “Elm, mədəniyyət, incəsənət” şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir. 1997-ci ildən “Göyərçin” jurnalının baş redaktorudur.

40-a yaxın kitab müəllifi olan R.Yusifoğlunun əsərləri əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalıdır” adlı televiziya tamaşaları çəkilmişdir.

1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, “İlin ən yaxşı kitabı”, “Vətən”, “Qızıl qələm”, “Araz” və s. mükafatların laureatıdır.

Hazırda Sumqayıt Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının professorudur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Gunel
    Yanvar 14, 2010 - 15:37

    Mən Rafiq müəllimin əsərlərini oxuyub çox bəyənmişəm.Hələ uşaqlıqdan Rafiq müəllimin əsərlərini sevə-sevə oxumuşam.Rafiq müəllim gözəl sənətkar olmaqla yanaşı,həm də gözəl insandır.Mən onu 60 yaşı münasibətilə təbrik edirəm,ona həyat yollarında uğurlar arzulayıram.Gün o gün olsun ki RAfiq müəllimin 100 yaşını qeyd edək

  • SEVIL
    Noyabr 28, 2011 - 22:25

    Men 1999-ci ilde Sumqayit sheher Qizlar Seminariyasinda oxumusham.Ve hemin ilden Rafiq Muellimi taniyiram.Mene ushaq edebiyyati fendinden ders deyirdi.Rafiq Muellim chox semimi,mehriban,vetenperver bir insandir.Onun sherlrini her zaman oxuyuram.Mende bir telebesi olaraq Rafiq Muellime uzun omur can sagligi arzulayiram.O gun olsun 100 yashini Qubadlida qeyd edek.IMZA:Seyhun-Sevil.

Gunel üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər