Gülüşdəki göz yaşı

1028
Onu təbiət və zəmanə yaratdı…
Mirzə Cəlil yaratdığı ədəbi məktəbin siması-“Molla Nəsrəddin”in taleyini bu cür ifadə etmişdi. Əslində bu ifadə ilə elə Mirzə Cəlil xarakterinin cizgilərini müəyyənləşdirir, təbiətin və zəmanənin qulağına gülüşlərini pıçıldayırdı. Bu gülüşlər ən sadə kəndlilərin evlərini bəzəyən divar kağızlarına çevrilmişdi. Yarandığı gündən, yatmağa yuxusu, geyməyə paltosu olmayan kəndli qara qəpiyindən keçib mütləq Molla əmini evinə dəvət etməli idi. Gecə-gündüz qəzetin şəkillərinə baxar, yazılanları başa düşməsə də, gülüşləri dərk edərdi. Bu da Mirzə Cəlilin savabı-kəndli evində Molla əmi ilə birlikdə gülür. Ağzında dişi olmasa da dodaqlarında gülüşü var. Sağ olsun Mirzə Cəlil!
Bəs təbiətin canlı “əfsanələri” Mirzə Cəlilə necə qiymət verdi? Bu dünyadan əlində güllə, bədənində qışın soyuğu, alnında “Allahsız” damğası ilə qiymətləndirildi Mirzə Cəlil. Qızınmaq üçün əlyazmalarını yandıran Mirzə Cəlilə təbiətin və zəmanənin ən böyük “hədiyyəsi” idi yandırılmış əsərləri. Cəzası isə şəxsiyyət mərtəbəsi.
P.S. 1906-cı il, 7 aprel-“Molla Nəsrəddin” jurnalının yarnma tarixi.
Nuranə ABBASOVA

905fa0582c34Onu təbiət və zəmanə yaratdı…

YAZARIN ÖNCƏKİ YAZILARI

Gender bərabərliyi

Qubadlı-2009

Caninin sevgisi
Yuxu
Metro ticarəti
Hazırsanmı?
822, 853, 874 və 884
Səhv düşəndə yerimiz
Həyat dəyişir
İllər görmüşdükmü bu illər kimi…

Zəhərə və zəhmətə davam!

Əsrlərin “Molla”sı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər