Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası keçirilib

42

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsi ərazisində növbəti ağacəkmə aksiyası keçirilib. Abadlıq və yaşıllaşdırma tədbirləri çərçivəsində Bakı–Quba magistral yolunun qəsəbədən keçən hissəsində salınmış yeni park zonasında genişmiqyaslı ağacəkmə kampaniyası təşkil olunub.

Aksiyada Milli Məclisinin deputatı Elnarə Akimova, Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Hacı Zeynalabdin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Hacı Zeynalabdin qəsəbə bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, eləcə də idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində yeni park zonasında müxtəlif növ ağac tingləri əkilmiş, mövcud yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib. Bildirilib ki, həyata keçirilən ağacəkmə aksiyası ərazidə ekoloji tarazlığın qorunmasına, yaşıllıq zolaqlarının genişləndirilməsinə və əhalinin istirahəti üçün daha əlverişli mühitin formalaşdırılmasına xidmət edir.

Qeyd olunubki, Hacı Zeynalabdin qəsəbəsində abadlıq və yaşıllaşdırma istiqamətində tədbirlər ardıcıl xarakter daşıyır və ərazinin ekoloji durumunun möhkəmləndirilməsi ilə yanaşı, sosial infrastrukturun inkişafına da mühüm töhfə verir. Görülən işlər nəticəsində qəsəbədə müasir şəhərsalma prinsiplərinə uyğun, sağlam və dayanıqlı yaşayış mühitinin formalaşdırılması təmin edilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər