Hacı Zeynalabdin qəsəbəsində uşaq və yeniyetmələr üçün Futbol Festivalı keçirilib – ŞƏKİLLƏR

532

09 avqust 2023-cü il tarixində AFFA-nın, Uşaq Gənclər Futbol Federasiyasının və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı “Heydər Əliyev İli” çərçivəsində Hacı Zeynalabdin qəsəbəsində uşaq və yeniyetmələr üçün Futbol Festivalı keçirilmişdir.

Tədbirdə AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatı Müşfiq Məmmədli, YAP Sumqayıt Şəhər Təşkilatının sədri Ramiz Hüseynov, Uşaq Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Fuad Babayev iştirak etmişdir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Rauf Əliyev, Müşfiq Məmmədli, YAP Sumqayıt Şəhər Təşkilatının sədri Ramiz Hüseynov və Uşaq Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev Ümummilli lider, Azərbaycanın xilaskarı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində və dövlət quruculuğunda əvəzsiz rol oynadığını bildilər. Qeyd olundu ki, hazırda bu siyasət Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə iştirak edən 50 uşaq və yeniyetməyə futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Gələcəkdə belə tədbirlərin digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər