Hazırda Sumqayıta sulu qar yağır

113

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

sumqayitxeber.com xəbər verir ki, hazırda Sumqayıt şəhərində sulu qar yağması müşahidə olunur.

Meteoroloji xidmətlərin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 1-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% təşkil edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər