Həsən Sadıqov vəfat edib

660

Fəlsəfə elmlər doktoru, professor, Prezident təqaüdçüsü Həsən Sadıqov vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

Alim 97 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Həsən Sadıqov 1928-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. O, 1955-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub. 1964-cü ildə Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olub.

H.Sadıqov Sumqayıt Dövlət Universitetinin Fəlsəfə, Sosiologiya və Politologiya kafedaralarında çalışıb. Mərhum professor fəlsəfə elminin müxtəlif sahələrinə aid onlarla kitabın, yüzlərlə məqalənin müəllifidir.

Allah rəhmət eləsin!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər