Heydər Əliyev və Sumqayıt: tarixi həqiqətlər

626

Heydər Əliyevin təşəbbüsləri sayəsində 1970-80-ci illərdə Sumqayıtda sənaye mərkəzinin yenidən qurulması, yeni istehsalat sahələrinin, müəssisələrin yaradılması, daha məhsuldar və səmərəli texnoloji qurğuların istismara verilməsi, bunlarla bərabər mövcud istehsalatların yenidən qurulması tədbirləri geniş həcmdə həyata keçirilib.

Sumqayıt şəhərinin sənaye potensialında kimya müəssisələrinin rolunu və ümumiyyətlə, bu sənaye sahəsinin respublika üçün əhəmiyyətini nəzərə alan Heydər Əliyev vaxtilə qeyd edirdi ki, kimya sənayesi respublika üçün mühüm əhəmiyyəti olan proqressiv bir sahədir, bu səbəbdən də yeni kimya müəssisələrinin inşa edilib mənimsənilməsində geridə qalmaq, hər hansı bir lənglik yolverilməzdir. Bu cür yanaşma həmin dövrdə demək olar ki, Sumqayıtın sosial-iqtisadi inkişafının sürətləndirilməsində, onun sənaye potensialının artırılmasında, yeni müəssisələrin yaradılmasında, şəhər təsərrüfatının inkişafında əsas götürülürdü.


Heydər Əliyev Sumqayıtda “Azərbaycan Boru-Prokat” zavodunda (30 noyabr 1973-cü il)

1970-ci illərin əvvəllərində Sumqayıtda əhalinin məişət tələbatını ödəmək üçün yeni kimya müəssisələrin tikintisinə başlanılıb və artıq 1978-ci ildə Sumqayıtda istehsal olunan yuyucu tozların ümumi həcmi 120 minə çatıb. Bu proseslərin reallaşdırılmasında Heydər Əliyevin təşəbbüsləri, tövsiyələri əhəmiyyətli rol oynayıb.

Heydər Əliyevin “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”,- sözləri onun respublikanın gələcək inkişafı üçün fikir və layihələrinin genişliyindən, əhatəliliyindən söz açır. XX əsrin 70-80-ci illərində respublikamıza rəhbərlik edərkən, o, kimya sənayesinin inkişafına xüsusi əhəmiyyət verirdi. Məhz Heydər Əliyevin səyləri nəticəsində yaradılmış iri kimya müəssisələri təkcə Azərbaycan iqtısadiyyatının deyil, bütövlükdə, Zaqafqaziyanın inkişafında həlledici rol oynayıb.

Heydər Əliyevin uzaqgörənliyi və müdrikliyi ondadır ki, o, lazım olan strateji qərarları vaxtında qəbul edib və onları ən qısa müddətdə həyata keçirib.

Heydər Əliyevin Sumqayıta növbəti səfərlərindən biri 1974-cü il 28 fevralda baş verib. O, SSRİ Nazirlər Soveti sədrinin I müavini N. Tixonovla birlikdə Sumqayıta gəlib və Azərbaycanın qara metallurgiya sənayesinin flaqmanı olan “Boru-Prokat” zavodunda və “Kimya sənayesi” İB-də olub.


Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin I müavini Nikolay Tixonovla birlikdə Sumqayıt “Kimya sənayesi” İstehsalat Birliyində (28 fevral 1974-cü il)

Bu səfər zamanı Azərbaycanın kimya sənayesinin ən dəyərli qurğularından biri olan – “EP-300” qurğusunun Sumqayıtda tikilməsi haqqında təklif verilib və sonralar çətinliklə də olsa, bu unikal qurğunun Sumqayıtda tikintisi başa çatdırılıb.

Heydər Əliyevin Sumqayıta növbəti səfərlərindən birində, 1981-ci il aprel ayının 8-də o, Sumqayıtın bir sıra sənaye obyektlərində və sosial-mədəni obyektlərdə fəhlələrlə, mütəxəssislərlə, şəhər sakinləri ilə görüşüb. Heydər Əliyev xovlu iplik halına düşən məhsulun hazırlanması texnologiyası ilə maraqlanıb. Sonra Sumqayıt alüminium zavoduna gələrək, zavodun layihə səviyyəsinə çatdırılmasını nəinki sürətləndirmək, həm də onun gücünü xeyli artırmaq vəzifəsini irəli sürüb.

1970-85-ci illərdə Sumqayıtda sənaye kompleksinin strukturunun genişləndirilməsində və onun gücünün əhəmiyyətli səviyyədə artırılmasında ən iri tarixli layihə kimi “EP-300” qurğusunun tikintisini göstərmək olar. Bu məsələdə Heydər Əliyev qətiyyəti və iradəsi həlledici rol oynayıb.

Respublikanın kimya sənayesinin inkişafını yeni səviyyəyə qaldırmaq üçün 1970-ci illərin sonlarından başlayaraq, Sumqayıtda – “Sintetik kauçuk” zavodunda yeni və unikal texnoloji kompleksin – “EP-300” qurğusunun inşası üçün genişmiqyaslı işlər başlanıb. Bu qurğunun Sumqayıta gətirilməsində əsas məqsəd – Bakı neft emalı zavodlarının karbohidrogen xammalından etilen və propilen istehsalının təşkil edilməsi idi. Amma mərkəzdə – Moskvada bunu istəmirdilər və “EP-300” qurğusunun Sumqayıtda tikilməsini əngəlləyirdilər. Heydər Əliyevin prinsipiallığı və rəhbər qətiyyəti sahəsində keçmiş SSRİ rəhbərliyinin razılığı alınıb və “EP-300” qurğusu Sumqayıta gətirilərək, 1981-ci ildən inşaasına başlanılıb və 1987-ci ildə istismara verilib. Həmin dövrdə, misilsiz dünya görüşünə və dahi zəkaya malik Heydər Əliyev “EP-300” kompleksinin əhəmiyyətini və perspektivliyini hamıdan çox və düzgün qiymətləndirib, respublikamızın kimya sənayesinin gələcəyinin məhz bu qurğudan asılı olduğunu bildirib və onun vacibliyini nəzərə alaraq, var quvvəsi ilə bu məsələnin həllinə nail olub. Bu texnoloji kompleksin işə salınması ilə etilen, propilen, butilen-butadien fraksiyası, yüngül və ağır piroliz qətranı, propan kimi qiymətli kimyəvi məhsulların istehsalına başlanılıb. “EP-300” qurğusunun istismara verilməsi ilə əlaqədar olaraq, fiziki cəhətdən köhnəlmiş “EP-60” istehsalatdan çıxarılıb. Həmin dövrdən başlayaraq, “EP-300” qurğusunun sayəsində əldə olunan yarımfabrikatlardan emal nəticəsində dünya bazarında tələbatın xüsusilə böyük olduğu müxtəlif kimyəvi məhsulları, o cümlədən güclü ixrac potensialı olan poletilen istehsal edilir.

İkinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra, artıq müstəqil Azərbaycanın prezidenti kimi Heydər Əliyevin Sumqayıt şəhərinə ilk səfəri 1993-cü ilin 28 dekabrında olub. Bu səfər çərçivəsində əsas məqsəd Türkiyə telekommunikasiya sistemində layiqli yer tutan “Teletaş” şirkətinin Sumqayıtda rəqəmli ilk “Sistem – 12” avtomat telefon stansiyasaının istifadəyə verilməsi mərasimində iştirak etməkdən ibarət idi. Bu cür müasir texnologiyalar əsaslı telekommunikasiya infrastrukturunun yaradılması artıq Sumqayıtın sosial-iqtisadi inkişafına və sənaye potensialının bərpasına strateji yanaşmanın ortaya qoyulduğuna dəlalət edirdi.

Qeyd etmək lazımdır ki, 1990-2000-ci illərədək Sumqayıtda sənaye potensialının, ümumilikdə şəhərin sosial-iqtisadi inkişaf proseslərinin ahəngdarlığının təmin edilməsi ilə bağlı tədbirlər yalnız Heydər Əliyevin sayəsində və təşəbbüsləri ilə 1994-cü ildən sonra reallaşdırılmağa başlanılıb. Heydər Əliyev özünün dediyi kimi, Sumqayıtda olan müəssisələrin əksəriyyətinin yaradılmasında və ərsəyə gəlməsində şəxsən iştirak edib, təşəbbüskar olub, ona görə də buradakı problemləri və imkanları dərindən bilirdi. Amma həmin dövrdə ölkəmizdə hələ resurslar xeyli az, investisiyaların cəlbində çətinliklər var idi. Sumqayıtın isə əsas sənaye potensialı və sahələri qeyri-neft sektoru ilə bağlı idi və həmin riskli dövrdə xarici investorlar bu sahələrə sərmayələr yatırmağa tələsmirdilər.

Məlumdur ki, Sumqayıtın sənaye strukturunda аyrı-аyrı sənаyе sаhələrinin, o cümlədən, kimyа, nеftkimyа, əlvаn və qаrа mеtаllurgiyа, mаşınqаyırmа (cihаzqаyırmа), tохuculuq, tikinti mаtеriаllаrı, şüşə istеhsаlı və sаir sаhələr üstünlük təşkil edib. Sənаyе sаhələrinin sürətli inkişаfı, əsаsən 1982-ci ilədək baş verib, sonrakı illərdə yalnız əvvəllərdə bildirdiyimiz kimi, çətinliklə də olsa “EP-300” və “Polimer-120” qurğularının istismara verilməsinə nail olunub. Həmin dövrlərdə Sumqаyıt sənаyе mərkəzində istеhsаl еdilən məhsullаr kеçmiş SSRİ-nin bütün rеgiоnlаrınа, yüzlərlə şəhərlərinə göndərilirdi və bu məhsullаr Şərqi Аrоpаnın bir çох ölkələrində tаnınırdı. Аrtıq 1980-ci illərin оrtаlаrındа Sumqayıtda təkcə sənаyе və tikinti sektоrundа işləyənlərin sаyı 40 minə yахın оlub. Bu dövrdə ölkədə аrtаn kаrbоhidrоgеn еhtiyаtlаrındаn səmərəli istifаdə еtmək və bu məqsədlə, оnlаrın еmаl sаhələrini yаrаtmаq üçün Sumqаyıt sənаyе mərkəzində kimyа və nеftkimyа kоmplеksinin sürətli inkişаfı təmin еdilib. Lаkin 1990-ci illərin əvvəlində Аzərbаycаnın müstəqilliyin ilk illərində, Sumqаyıt sənаyе kоmplеksi аğır çətinliklərlə üzləşib. Аmirаnəlik sоvеt sistеmindən qаlаn idаrəçilik sistеmi iflаsа uğrаyıb, təsərrüfаt (kооpеrаsiyа) əlаqələri qırılıb, istеhsаl sаhələri dаyаnıb, iri qurğulаrın fəаliyyətində fаsilələr yаrаnıb və nəticədə bir çох istеhsаl qurğulаrı sırаdаn çıхıb, yа dа tаmаmilə dаyаnıb, bir çохlаrı isə öz güclərindən аşаğı səviyyədə istismаr еdildiyindən zərərlə işləyiblər. Məsələn, həmin dövrdə bir sırа iri sənаyе məhsullаrı istеhsаl еdən müəsissələr: kimyа, nеftkimyа, əlvаn və qаrа mеtаllurgiyа, kоmprеssоrlаr, аşqаrlаr, yuyucu vаsitələr, şüşə və s. öz istеhsаl güclərinin 20-30 faizi səviyyəsində оlub. Nəticədə, Sumqаyıt sənаyе mərkəzinin pоtеnsiаlı bir nеçə dəfə zəifləyib, minlərlə iş yеri itirilib və yüksək iхtisаslı əmək еhtiyаtlаrı müхtəlif sаhələrə üz tutmаlı оlublаr. 1995-ci ildə 1990-ci illə müqаyisədə Sumqаyıt sənаyе mərkəzində istеhsаlın səviyyəsi 77,3 faiz, 2000-ci ildə isə 1995-ci ilə nisbətən 27,3 faiz аşаğı düşüb. Bu sаhədə cəmlənən əmək еhtiyаtlаrı və yüksək iхtisаslı kаdrlаrın bаşqа sаhələrə üz tutmаsı sürətlənib və 2000-ci ilin əvvəllərində sənаyеdə işləyənlərin sаyı 1980-ci ilin əvvələrinə nisbətən 2 dəfəyə yахın аzаlıb və 20 min nəfər olub. Sonrakı illərdə bu rəqəm 15 min nəfərdən az təşkil edib.

Belə bir şəraitdə Sumqayıtın sosial-iqtisadi inkişaf proseslərinin ahəngdarlığının bərpası üçün, ilk növbədə şəhərin sənaye potensialı bərpa olunmalı, yenilənməli, modernizasiya tədbirləri görülməli, yeni qurğular alınmalı, investisiyalar cəlb olunmalı, artıq müstəqil ölkənin müstəqil müəssisələri və sənaye kompleksi kimi fəaliyyət göstərmək təcrübəsi toplanmalı idi. Buna görə də, müdrik Heydər Əliyev bütün bu problemlər üzrə davamlı tədbirlərin görülməsinə çalışırdı və lazımı tapşırıqlarını verirdi, daha ağır və qlobal problemlərin yükünü isə birbaşa öz üzərinə götürürdü. Nəticədə, mövcüd sənаyе sаhələrinin pоtеnsiаllаrının qоrunub sахlаnılmаsı üçün çохşахəli tədbirlər görüldü və bir çох iri sənаyе kоmplеkslərinin, хüsusilə, Sumqаyıt sənаyе mərkəzi müəssisələrinin istеhsаl pоtеnsiаlı qоrunub sахlаnıldı. Heydər Əliyev xarici investorların Sumqayıta diqqətini yönəltmək üçün geniş həcmli işlər görmək məqəsədilə beynəlxalq təşkilatların nümayəndələrini və rəhbərlərini Azərbaycana dəvət edir və özü ilə birlikdə Sumqayıta aparırdı. Sumqayıtın sosial-iqtisadi inkişaf perspektivləri, sənaye potensialının bərpa olunması tədbirləri müzakirə edilirdi.

1996-1999-cu illərdə Heydər Əliyev tərəfindən Sumqayıtın sosial-iqtisadi inkişafı ilə bağlı problemlərin həlli istiqamətində ardıcıl tədbirləri reallaşdırılması və bunlarla bağlı proseslərin baş tutması üçün şəxsən dəstək göstərməsi diqqət çəkirdi, çünki Sumqayıtın problemləri kifayət qədər yığılaraq həll edilməmiş vəziyyətdə idi. Belə bir şəraitdə Ulu öndər Sumqayıtın sənaye kompleksində aparıcı mövqe tutan kimya və neft kimya müəssisələrinin fəaliyyətində xüsusi əhəmiyyət kəsb edən buxar istehsalı üçün yüksək texnologiyalar əsaslı müasir qurğunun alınması probleminin həllinə şəxsən təşəbbüs göstərdi və həmin qurğunun tikintisi başa çatanadək bütün məsələləri diqqət mərkəzində saxladı. Təkcə, Sumqаyıtdа iri istilik mərkəzlərinin dаyаnmаsındаn sоnrа hökumət zəmаnəti ilə 90 mln. АBŞ dоllаrı dəyərində vəsаitin Yаpоniyаdаn cəlb еdilməsi və həmin ölkənin dünyа şöhrətli firmаlаrının iştirаki ilə müаsir аvtоnоm «Buхаr-Gеnеrаtоr Qurğu»sunun tikilib istifаdəyə vеrilməsi (2001-ci il) fаktı hеsаbınа, hаzırdа Sumqаyıtın sənаyе mərkəzi kimi fоrmаlаşmаsındа mühüm əhəmiyyəti оlаn kimyа və nеftkimyа kоmplеksinin fəаliyyətinə ikinci nəfəs vеrilib. Sumqayıtlılar üçün bu tarixi hadisə xüsusilə əlamətdardır ki, Ulu öndər Buxar-Generator kompleksinin ölkənin neft-kimya sənayesi üçün əhəmiyyətini yüksək qiymətləndirərək, yaponiyalı mütəxəssislərlə 1999-cu il martın 24-də yeni kompleksin təməlqoyma mərasimində və 2001-ci il iyulun 7-də isə açılış mərasimində iştirak edib, bütün sumqayıtlıları bu əlamətdar hadisə münasibətilə təbrik ünvanlayıb. Bu mərasimlərlə bağlı Heydər Əliyevin Sumqayıta növbəti səfərləri baş tutub. 1999-cu il 24 mart səfərinin əsas məqsədi Sumqayıtda “EP-300” istehsalatında Buxar-Generator qurğusunun özülünün qoyulması mərasimində iştirak etmək olub. Həmin mərasimdəki nitqində Heydər Əliyev deyib:

“Bu gün biz sizinlə Sumqayıt şəhəri və bütün Azərbaycan üçün çox əhəmiyyətli olan bir işin başlanğıcını, təməlini qoyuruq. Bu, Azərbaycanda nəhəng bir qurğunun – kimya sənayesi üçün böyük əhəmiyyəti olan buxargenerator kompleksinin inşaasına başlanması mərasimidir. Bu, böyük hadisədir. Deyə bilərəm ki, müstəqil Azərbaycanın 1990-cı illər tarixində respublikamızda yeganə hadisədir ki, biz böyük bir sənaye obyektinin tikintisinə başlayırıq… Əmin ola bilərsiniz ki, Sumqayıtda sənaye müəssisələrinin, ümumiyyətlə, istehsalın, şəhərin həyatının bugünkü problemlərinin həll olunması bizim nəzarətimiz altındadır. Biz bunların həll edilməsi ilə məşğul oluruq və bundan sonra da məşğul olacağıq”.

Tezliklə və planlı şəkildə bu problemlərin həllini tapması Ulu öndərin öz vədlərinə sadiqliyinin və Sumqayıta olan ciddi diqqətinin ifadəsi kimi xeyli qiymətlidir və Sumqayıtın sosial-iqtisadi inkişafında tarixi əhəmiyyət kəsb edir. Bu dövrdə Sumqayıtın əksər müəssisələrində ruh yüksəkliyi və gələcəyə inam hissi artıq bərpa edilmişdi.


Heydər Əliyev Sumqayıtda “EP-300” istehsalatında Buxar-Generator qurğusunun özülünün qoyulması mərasimində çıxış edərkən (24 mart 1999-cu il)

Müəssisələr öz daxili imkanları hesabına mümkün olan tədbirləri görürdülər, bir sıra istehsal sahələrinin fəaliyyəti qismən də olsa bərpa edildi. Kimya sənayesi müəssisələri ilə yanaşı, Sumqayıtda yerləşən digər sənaye müəssisələrinin fəaliyyətində də canlanma başlandı. Xarici investorların Sumqayıta marağı artmaqda idi. Buxar-Generator kompleksinin tikintisində və maliyyələşdirilməsində iştirak edən Yapon şirkətləri ilə yanaşı, Avropanın – Böyük Britaniya və Hollandiya şirkətləri qara və əlvan metallurgiya müəssisələrinin dirçəldilməsinə maraq göstərirdilər. “Azəralüminium” ASC-yə Hollandiyanın “Fondel Metal Partisipations” BV və “Azərboru” ASC-yə Böyük Britaniyanın “Tarqol İnvestment Limited” şirkətləri tərəfindən investisiyalar yatırıldı və beləliklə, metallurgiya kompleksinin potensialının bərpasına başlanıldı. Sənaye müəssisələri ilə bərabər Sumqayıtın sosial-iqtisadi və sosial-mədəni həyatında da intensivlik yarandı, yeni sosial obyektlər istismara verildi və xidmət müəssisələri yaradıldı. Həmin dövrdə Heydər Əliyev Sumqayıtda inşa olunan Buxar-Generator qurğusunun gedişini ciddi izləyirdi və tikinti qrafikdə nəzərdə tutulduğu vaxtda başa çatdırıldı.

Ulu öndər özü şəxsən bu nəhəng qurğunun açılışında iştirak etdi. 2001-ci il iyul ayının 7-də Sumqayıta növbət səfərində Heydər Əliyev Buxar-Generator qurğusunun açılış mərasimində geniş nitq söyləyib.


Heydər Əliyev Sumqayıtda “EP-300” istehsalatında Buxar-Generator qurğusunun açılış mərasimində (7 iyul 2001-ci il)

Mərasimdə Heydər Əliyevə Yaponiyanın “Niçimen” və “Çioda” şirkətləri adından xatirə olaraq qılınc hədiyyə edilib.

Bu qurğunun istifadəyə verilməsi tarixi bir hadisə idi. Mərasimdəki nitqində Heydər Əliyev “EP-300” kompleksinin və ümumilikdə Sumqayıtdakı kimya kompleksinin strateji əhəmiyyətinə yüksək qiymət verib və bu sahələrin inkişaf etdirilməsinin vacibliyini bildirib. 2002-2003-cü illərdə artıq kimya kompleksinin bütün müəssisəsələrində zərərlə işləməyə son qoyuldu, əsas məhsulların maya dəyər göstəriciləri xeyli yaxşılaşdırıldı, çəkilən xərclərin azalması isə məhsulların qiymətlərini optimallaşdırdı və dünya bazarlarında ixrac baxımından rəqabətqabiliyyətlilik artırıldı.

Heydər Əliyev sonuncu dəfə Sumqayıtda 2003-cü il aprel ayının 3-də olub. Həmin gün ölkə ictimaiyyətinin diqqət və nəzərləri Sumqayıta yönəlmişdi, Ulu öndər Sumqayıtda üst-üstə yığılmış problemlərin həlli və çözülməsi istiqamətində tədbirlər görmək üçün bura gəlmişdi. Heydər Əliyev bu tədbirdə Sumqayıtda ictimai-mənəvi iqlimin dəyişdirilməsinə yönəldilmiş və şəhərdəki problemləri hərtərəfli özündə əks etdirən proqram xarakterli nitq söyləyib. Bütün bunlar qısa zaman kəsiyində öz müsbət nəticələrini verib və şəhərin sosial-iqtisadi inkişafında tarazlıq və intensivlik təmin edilib.

Bu tarixi həqiqətlər baxımından, Sumqаyıtın davamlı inkişafında və müasir modern şəhər səviyyəsinə yüksəlməsində – 100 illiyi qeyd olunan və bu gün böyük ehtiramla anılan Ümumilli lidеrimiz Hеydər Əliyеvin tarixi xidmətləri unudulmazdır və daim qədirbilən sumqayıtlıların və Azərbaycan xalqımızın xatirələrində əbədi qalacaqdır.

Şəfa ƏLİYEV,
İqtisad elmləri doktoru, professor

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər