Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları ilə yanaşı, şəhərdə fəaliyyət göstərən müxtəlif xidmət sahələrinin rəhbərləri – kommunal təsərrüfat, məşğulluq, səhiyyə, təhsil və sosial müdafiə qurumlarının nümayəndələri də iştirak ediblər.
Şəhər rəhri sakinləri fərdi qaydada dinləyib. Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismini yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin mütəmadi təşkil etdiyi səyyar qəbul-görüşlər sakinlərlə birbaşa ünsiyyətin möhkəmləndirilməsinə, onların gündəlik həyatında qarşılaşdıqları problemlərin vaxtında və səmərəli həllinə yönəlib.
Müzakirə qapadılmışdır.