Sumqayıtda Prezident İlham Əliyevin doğum günü üçün bişirilən tortun bu günə çatdırılmaması ilə bağlı yayılan məlumat tamamilə yalandır.
Bu barədə AzVision.az-a Sumqayıt İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektorunün müdiri Ayaz İmaməliyev məlumat verib.
Eldar Əzizovun müavini tortun 24 dekabr üçün planlaşdırılmadığını qeyd edib.
“Biz əvvəlcədən planlaşdırmışdıq ki, Yeni il şənliyinə görə tortu dekabrın 29-na hazırlayaq. Yəni tortun bu günə çatdırılmaması və aşbazların işdən çıxarılması ilə bağlı yayılan məlumatlar yalandır”-deyə, A.İmaməliyev əlavə edib.
Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, Sumqayıt şəhərinin icra başçısı Eldar Əzizovun göstərişi ilə İlham Əliyevin doğum günü şərəfinə bişirilən tortu aşbazlar bu günə çatdırmayıblar. İcra başçısı da həmin aşbazları cəzalandırıb. Onlardan bir qismini işdən çıxarıb, digərlərinin isə maaşlarını kəsib.
Müzakirə qapadılmışdır.