17-18 dekabr tarixində Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt Gənclər Klubu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin birgə təşkilatçılığı ilə II Sumqayıt Karyera sərgisi keçirilib.
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirilən karyera sərgisində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, millət vəkili Müşfiq Məmmədli çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, bu cür tədbirlər gənclərin məşğulluğunun təmin olunması, əlaqələrinin inkişafı baxımından yüksək əhəmiyyətə malikdir.
Qeyd olunub ki, sərgidə iştirak edən şirkətlər öz vakansiyaları və təcrübə proqramlarını sərgiləyirlər. Sərgidə iştirak edən gənclər öz CV- lərini şirkətlərə təqdim etmək imkanı əldə ediblər.
Gənclərin inkişafı və müxtəlif istiqamətlərdə yeni bilik və bacarıqlara yiyələnməsini təmin etmək məqsədi ilə sərgi ilə paralel olaraq müxtəlif mütəxəssislər tərəfindən fərdi inkişaf təlimləri keçirilib.
Müzakirə qapadılmışdır.