Fevralın 7-də keçirilən prezident seçkilərində qalib gələn İlham Heydər oğlu Əliyevin inauqurasiya mərasimi başlayıb.
sumqayitxeber.com xəbər verir ki, andiçmə mərasimi Milli Məclisdə keçirilir.
Qanunvericiliyə görə, prezident and içdikdən sonra səlahiyyətlərinin icrasına başlayır.
Qeyd edək ki, ötən gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 7 fevral 2024-cü il seçkilərinin nəticələrini təsdiqləyərək, İlham Heydər oğlu Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçildiyi elan edilib.
Müzakirə qapadılmışdır.