Bu gün xalqımız zəfər qüruru yaşayır. Müqəddəs Vətən müharibəsi və antiterror əməliyyatları Azərbaycanın gücünü dünyaya bəyan etdi.Ordumuzu dünyanın ən güclü 50 ordusu sırasında görmək qəlbimizə fərəh hissi bəxş edir.Silahlı qüvvələrin maddi- texniki təhcizatı yenilənir,müasir infrostruktur yaradılır,hərbi qulluqçuların sosial müdafiəsi güclənir,mənzil təminatına diqqət artırılır. Habelə, müdafiə sənayesi yeni inkişaf mərhələsini yaşayır.
Son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye müxtəlif növ hərbi texnikanın, zirehli maşınların, pilotsuz uçan aparatların, atıcı silahların istehsalına rəvac verib.Ölkənin hərbi sənaye kompleksinin yaradılması hərbi qüdrəti artırdı.Qürurverici haldır ki, Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzun təminatını ödəyə bilir. Hətta silah və hərbi texnikaların alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanıb, hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.
Əlbəttə, hər bir vətəndaşın könlünü fərəhləndirəcək bu uğurlar asan ərsəyə gəlməyib.Ali Baş Komandan, sözü və əməli bir olan dövlət başçısı İlham Əliyevin planlı, ardıcıl, yeni dünya nizamına uyğun siyasi- diplomatik çalışmaları, modern iqtisadi mexanizmi Zəfərə və Qayıdışa rəvac verdi.
2003 – cü ildən dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuş ordu quruculuğunun effektivliyi Zəfər Ordusunu formalaşdırdı.Uğurlu antiterror əməliyyatından sonra 2023- cü il, oktyabrın 15 – də İlham Əliyev Xankəndində söyləyirdi: ” Düz iyirmi il bundan qabaq Azərbaycan xalqı mənə böyük etimad göstərərkən, doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam.Konstitusiyaya və “Qurani – Kərim” ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.
Bəli, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir.300- dən çox şəhər və kənd işğaldan azad edildi.Təbii ki, ağır döyüşlərdə şəhidlər də verdik.
Müzəffər Ali Baş Komandan Bakıda Vətən müharibəsi kompleksinin və Zəfər Muzeyinin yaradılması barədə sərəncam imzaladı.Həmçinin Hərbi Qənimətlər Parkı salındı. “Zəfər” ,”Qayıdış” ordenləri, 15 yeni medal təsis olundu.
Azərbaycan Ordusunun 2020- ci il sentyabrın 27- də başladığı uğurlu əks- hücum əməliyyatı nəticəsində noyabrın 9 – dək 5 şəhər, 4 qəsəbə, 286 kənd işğaldan azad olundu.
Ali Baş Komandan demişdi:
– Mən hər zaman Qazilərin yanında olacağam.
Müharibə dövründə müəyyən əzalarını itirmiş döyüşçülər ən müasir protezlərlə təmin olundular. Qazi və şəhid ailələrinə mənzil verildi.Əlillərə 7 mindən artıq minik avtomobili verilib.Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünyada nümunə sayıla bilər.
Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” fondu tərəfindən indiyədək 79 milyon manatlıq yardım olundu.
Ali Baş Komandan İlham Əliyev həm də diplomatik cəbhədə uğurlu mübarizə apardı.Onun dünyanın ən məşhur kanallarına verdiyi müsahibələr,bəzi qərəzli müxbirlərə tutarlı, məntiqli cavabı ustad dərsi oldu.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlişi üçün yeni dövlət proqramı işlənib hazırlanıb.
Qayıdış strategiyasının effektivliyi və perspektivliyi üçün gərəkən layihələr gerçəkləşir. Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib.Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialını 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.Ağıllı kənd layihəsi həyata keçirildi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sabaha xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişib, region ölkələri üçün yeni imkanlar açılıb.
Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası , yeni beynəlxalq və regional nəqliyyat – loğistika dəhlizlərinin inkişafından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.
Bəli, Ali Baş Komandan , Prezident İlham Əliyev tərəfindən 20 il öncə qarşıya qoyulmuş bütün vəzifələr mükəmməl formada icra edilib.
Söz və əməl yiyəsi, qüdrətli diplomat, böyük dövlət xadimi , güclü sərkərdə, xalqın sevdiyi Lider, strateq İlham Əliyev 20 il ərzində çox qeyri- mümkünü mümkünə çevirdi.
Yeni dünya nizamında Azərbaycan öz siyasi platforması, hərbi- iqtisadi qüdrəti ilə söz sahibidir.
Gülnarə Cəmaləddin, AYB Sumqayıt bölməsinin sədri
Müzakirə qapadılmışdır.