Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra birinci instansiya məhkəmələrinə yeni hakimlər təyin edilib. Sərəncamda Sumqayıt məhkəmələri ilə bağlı da təyinatlar var.
sumqayitxeber.com yeni hakimlərin adlarını təqdim edir:
Sumqayıt İnzibati Məhkəməsi
Həbibova Könül Əbülfəz qızı
Sumqayıt Kommersiya Məhkəməsi
Həmidli Fərman Fəzail oğlu
Sumqayıt Şəhər Məhkəməsi
İsmayılov Samir Bəyistan oğlu
Şirəliyeva Vəfa Zavrulla qızı
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib:
Nurəddin Nizami oğlu Hüseynli Gəncə Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;
Elçin Qüdrət oğlu Məmmədov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;
Nahid Namiq oğlu Mirzəyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilsin;
Fikrət Hüseyn oğlu Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilsin.
Müzakirə qapadılmışdır.