“İlk dəfə olaraq yeni büdcə qaydalarına uyğun…” – Tahir Mirkişili

1136

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, komitənin sədri Tahir Mirkişili iclası açıq elan edərək bildirib ki, 2019-cu il Azərbaycanda ən sürətli, əhatəli islahatlar ili kimi yadda qaldı.

Onun sözlərinə görə, 2018-ci il seçkilərində yenidən xalq tərəfindən prezident seçilmiş cənab İlham Əliyev andiçmə mərasimindəki proqram xarakterli çıxışında böyük islahatlara start verəcəyini bildirib:

“Əvvəlki illərdə də ölkəmizdə bir çox islahat həyata keçirilib. Lakin indiyədək heç bir ildə 2019-cu ildə olduğu kimi eyni vaxtda bir neçə istiqamətdə, kompleks halda və genişmiqyaslı addımlar atılmamışdı.

Aparılan iqtisadi islahatlar sürətli və inkluziv iqtisadi inkişafla nəticələnib. Belə ki, qeyri-neft sənayesinin istehsalının 14%, kənd təsərrüfatı istehsalının 7.3%, əhalinin real gəlirlərinin 4.7%, orta aylıq əməkhaqlarının 14% artması islahatların nəticələrinin qısa müddət ərzində iqtisadi subyektlər və əhali tərəfindən hiss edilməsinə səbəb olub.

Şəffaflıq səviyyəsinin artırılması və kölgə iqtisadiyyati ilə aparılan mübarizə öz effektiv təsirini göstərib, büdcə gəlirlərinin proqnozdan artıq icra olunmasına şərait yaranıb.

2019-cu ildə iqtisadiyyatı idarəetmə mexanizmində köklü struktur və kadr dəyişiklikləri aparılıb, çevik və əhatəli idarəetmə üçün təşkilatı zəmin yaradılıb.

Bütün bu müsbət nəticələr dövlət başçısı tərəfindən mühüm sosial islahatların həyata keçirilməsinə də imkan yaradıb. Belə ki, 2019-cu ildə ilk dəfə olaraq minimum əməkhaqqı 2 dəfə artırılaraq, yaşayış minimumunu keçib, minimum pensiya təminatı 200 manata çatdırılıb, müavinət və əməkhaqları isə artırılıb. Bu mühüm sosial paket 4.2 milyon insanı əhatə etməklə 2.3 mlrd vəsait hesabına yerinə yetirilib. Təqdirəlayiq haldır ki, bu həcmdə işlər büdcənin ehtiyatlı və imkanları hesabına yerinə yetirilib və inflyasiyanın proqnozlaşdırıldığından aşağı olmasına səbəb olub.

2019-cu ildə problemli kreditlərin həlli üçün həm əhaliyə, həm də banklara dövlər tərəfindən mühüm dəstək göstərilib və problemin həlli üçün müvafiq vəsait ayrılıb. Bütün bunlarla yanaşı, bank sektorunda sağlamlaşma prossesi bu gün də davam edir. İnanırıq ki, görülən tədbirlər, bank sektorunun fəaliyyəti iqtisadi islahatların hədəfləri ilə uzlaşacaq.

Belə bir iqtisadi şəraitdə 2019-cu ilin dövlət büdcəsi icra olunub. Əlverişli iqtisadi zəmin büdcənin uğurla iclasına şərait yaratsa da, büdcənin də icrası iqtisadi artıma dəstək verib”.

Son olaraq komitə sədri 2019-cu il büdcəsinin yeni büdcə qaydalarına uyğun hazırlanmış ilk büdcə olduğunu vurğulayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər