İpoteka Fondu Sumqayıtda satmaq öhdəliyi ilə yeni kirayə mənzillər təqdim edib

419

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən Sumqayıt şəhərində yerləşən yaşayış kompleksindəki 280 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşların istifadəsinə təqdim olunub.

Mənzillər Sülh prospektində, Üst trikotaj fabrikinin cənubunda, 3-cü məhəllədə yerləşən yaşayış kompleksində yerləşir. Təqdim olunan mənzillər 1, 2 və 3 otaqlı formatdadır.

Yeni mənzillər üzrə seçim prosesi iyulun 14-ü saat 15:00-dan etibarən açıq olacaq. Müraciətlər Elektron Hökumət Portalına (www.e-gov.az) inteqrasiya olunmuş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçiriləcək.

Qeyd edək ki, bu mexanizm çərçivəsində bu günə qədər ümumilikdə 7 280 kirayə müqaviləsi bağlanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər