İqlim dəyişikliyi ilə mübarizə: Alimlər SDU-da bir araya gəldi

595
Martın 5-də Sumqayıt Dövlət Universitetində Ekologiya kafedrasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr olunmuş İqlim dəyişmələri – Yaşıl enerji resurslarının yaradılması zərurəti” mövzusunda elmi-praktiki seminar keçirildi.
Seminarda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Radiasiya problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü professor İslam Mustafayev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ekologiya kafedrasının müdiri professor, Eko-Energetika Akademiyasının prezidenti Fəqan Əliyev, Greening. Global platformasının rəhbəri Elnur İslamov və SDU-nun professor-müəllim, tələbə heyəti iştirak edirdilər.
Seminarı giriş sözü ilə universitetin rektoru dosent Rüfət Əzizov açaraq qonaqları və iştirakçıları salamladı, seminarın əhəmiyyətindən danışaraq bildirdi ki, 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması əslində bir çağırışdır, bu qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə bir töhfə olacaqdır.
İqlim dəyişikliyi ilə mübarizədə qlobal fəaliyyət üzrə də uğurlu addımlar atıldığını bildirən Rüfət Əzizov onu da qeyd etdi ki, işğaldan azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikası artıq “yaşıl enerji” zonası elan olunub. İnanıram ki, ölkəmizin 2024-cü ildə İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına-COP29-a ev sahibliyi etməsi ölkəmizin bu istiqamətdə apardığı işlərə böyük təkan verəcəkdir.
Sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Radiasiya problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü professor İslam Mustafayev “İqlim dəyişmələrinin Azərbaycanda xüsusiyyətləri, onun təsirləri və adaptasiya tədbirləri”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ekologiya kafedrasının müdiri, professor, Eko-Energetika Akademiyasının prezidenti Fəqan Əliyev “Qarabağın davamlı inkişafında yaşıl enerji və təbii sərvətləri”, Greening.Global platformasının rəhbəri Elnur İslamov “Kommersiya şirkətlərinin yaşıllaşdırma hərakatına təşviqetmə modeli-Greening.Global Dövlət-Özəl Tərəfdaşlıq (PPP) Modeli”, Elektromexanika kafedrasının müdiri, dosent Turqay Hüseynov “Uçan elektrik stansiyaları”, Ekologiya kafedrasının müdiri, dosent Rəhilə Əhmədova “Yaşıl dünya naminə Həmrəylik ili” ilə bağlı gənclərin ekoloji maarifləndirilməsi” mövzusu ilə çıxış etdilər.
Natiqlər BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsini ölkə Prezidentinin uğurlu fəaliyyətinin nəticəsi kimi dəyərləndirdilər.
Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, “Yaşıl dünya naminə həmrəylik ili”ndə ətraf mühitin qorunması, meşə zolaqlarının və su ehtiyatlarının mühafizəsi, yaşıllıqların artırılması və digər məsələlərə dair zəngin fikirlər səsləndirildi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər