İşğaldan azad edilən daha 8 rayona bu gündən etibarən şəxsi avtomobillərlə gedə bilərsiniz

496

Bu gündən etibarən Azərbaycan vətəndaşları şəxsi avtomobilləri ilə Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərəyə səfərlər edə biləcəklər.

sumqayitxeber.com xəbər verir ki, səfər üçün icazə almaq zəruridir.

Bu icazə www.yolumuzqarabaga.az portalı vasitəsilə əldə olunur. İcazə 2 gün müddətində qüvvədə qalır və maksimum 9 nəfərlik qrup (sürücü daxil olmaqla) üçün verilə bilər.

Qeyd edək ki, indiyə qədər bu portal vasitəsilə yalnız Şuşa, Laçın və Suqovuşan qəsəbəsinə səfərlər üçün icazələr əldə edilirdi.

Yeni qərarla işğaldan azad olunmuş daha geniş ərazilərə fərdi avtomobillərlə səfərlər mümkün olacaq. Bu addım vətəndaşların doğma torpaqlara səfər imkanlarını genişləndirməklə yanaşı, bölgənin sosial-iqtisadi həyatına inteqrasiyasını da sürətləndirməyə xidmət edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər