İtirmədiklərimiz

1421

Əzəldən itirmişik. İtirə-itirə də gəlirik. İtirmədiyimiz ala-boz xatirələr, obrazlı ifadələr, təntənəli pafoslu çıxışlardır. Göz gördüyünü götürər. Gördüklərimiz də maskalanmış bizə göstərilənlərdir. Çarə nədir?

Kişilərimiz papağını itirib. Hər başa qoyulanı da papaq adlandırmaq olmaz. Papaq başa, baş da papağa darlıq etməməlidir.

Qadınlarımız yaşmağını itirib. Golden Rose-lər, Ruby-Rose-lər, Flor-mar-lar, Cordanilər, Klaudiolar “ifadə gətirirlər” üzlərə- qırmızı, “zaqarnı” üzlər.

Ətək, sırğa, saç… onları itirməmişik. Sadəcə skeletini dəyişmişik-qadınlarla kişilərə bərabər hüquq vermişik. Bəlanı da elə bundan sonra qazandıq.

Dilimizi itirmişik. Mirzə Cəlilin təbirincə desək, ağzımızda öz dilimiz ola-ola, qeyri millətlərin dillərini dürtürlər ağzımıza. Əlifbanın hərflərini təzə-təzə öyrənən birinci sinif şagirdinə “How are you?” öyrədirik. Bilə-bilə! İngilisin bizə, bizim də uşaqlara verdiyimiz bu suala 30-50 il, bəlkə də bir əsr sonra gələcək nəslimiz elə ingilis dilində “………..” cavabı verəcək – ruhumuza oxunan nə molla duası, nə də rəhmət qalacaq. O bir cavabla külümüz göyə sovrulacaq. Poliqlot olmaq gözəldir. Amma əvvəlcə öz Ana dilini, sonra düşməninin dilini bilmək daha gözəldir. Bu həm də qələbədir. Əslində qələbəyə gedən axtardığımız o yol elə bu yoldur. Düşməninə qalib gəlmək istəyirsənsə onun dilini bilməlisən.

Tariximizi itirmişik. “Saxta” adlandırdığımız SSRİ tarixi siyasəti modernləşmiş formada yenidən tədris olunur. Tarix yaratmırıq, klaviatura arxasında tarix yazırıq. Biri var idi, biri yox idi. İndi heç var olan o “biri” də yoxdur. İnkarı inkar, ziddiyyət qanunları. Biz qəhrəman xalq olmuşuq – iki Azərbaycanımız var: bizdən asılı olmayan səbəblərə görə Cənubi Azərbaycan farsların tapdağında inləyir, ciddi cəhdlə müqavimətimizə baxmayaraq, Qarabağı itirmişik, hər il faciələrimizn ildönümünü qeyd edirik. İlahi, biz gələcək faciəmizi necə gözəl, obrazlı yaradırıq, yazırıq! Məhvimizi qələbə kimi qeyd edirik.

Mənəviyyatımızı, arımızı itirmişik-üzürümü qəbul edin, sırtıq, yaltaq və boşboğaz bir xalq olmuşuq. Ölümüzə yası toy kimi tuturuq. Mənəviyyat tərəzimizin bir gözünə pul, o biri gözünə dəyərlərimizi qoymuşuq. Hələ ki tərəzinin pul olan qolu ağırdır. Toy süfrəmiz Avropa bulağından su içir. Diskoteka toylarımızın “milli” simvoluna çevrilib. Çoxları deyəcəklər ki, bunlar hamısı qayğılardan – çörək pulu, işıq pulu, qaz pulu, kontur pulu qayğılarından irəli gəlir. Onda biz o “çoxlarını” da itirmişik.

Əslində itirmədiyimiz heç nə qalmayıb. İndi itirilənləri geri qaytarmaq-qazanmaq vaxtıdır!

Nuranə Abbasova

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • meherrem
    Yanvar 21, 2011 - 17:17

    Salam sizə urəkdən minnətdarligimi bildirirəm super daha dolgun desək coooooooxxxxxxxxxx super yazmisiniz sizi tebrik etmək olarş(biz maraqlilari sizin imzanizda gozlemekde davam edeceyik)

  • Bahar
    Yanvar 29, 2011 - 02:42

    NIYE BU QEDER MILLETIMIZE QARSI’PESSIMIST’YANASIRIQ AXI? YENI UREK ACAN,YAXSI CEHETI YOXDU KI,INSANLARIMIZIN? VALLAH VAR.SADECE BIZ PISI GORUB SISIRTMEYI DAHA DA XOSLAYIRIQ NEDENSE.BIR COX MEQAMLARDA RAZIYAM SIZINLE,AMMA YENEDE VEZIYYETE ANCAQ BU NOQTEDEN BAXMAQ DUZGUN DEYIL.GORESEN MEN BURDA’OPTIMIST,XOS DUSUNCELI ‘BIR YAZI GORECEM(MILLEITMIZ BAREDE).BU TIP YAZILAR MENI EMELLI BASLI DEPRESSIYAYA SALACAQ DEYESEN))

  • Esmer
    Aprel 9, 2011 - 21:56

    Nurane xanim siz heqiqeten de haqlisiniz.Her seyi itirmisik.En onemlisi abrimizi-heyamizi.Mence her neyi qaytarsaqda onu qaytara bilmeyeceyik.

Esmer üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər