İTV-nin məşhur aparıcısı vəfat etdi

3281

Mədəniyyət ve Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri Kamran İsrafilov dünyasını dəyişib.

Publika.az xəbər veri ki, bu barədə onun dostlarından biri sosial şəbəkədə paylaşım edib. Ülvi Həsənli adlı şəxs Kamran İsrafilovun səhifəsində ölümü ilə bağlı xəbər paylaşaraq üzüldüyünü bildirib:

“Bu gün aldığım çox üzücü və inanmadığım xəbər məni şok vəziyyətinə saldı. Xətrini dünyalar qədər istədiyim, çox pozitiv insan, işinin xəstəsi Kamran İsrafilov dünyasını dəyişib. Bunu yazmaq mənim üçün çox çətindir. Yazmaqda məqsədim bilməyən həmkarlarımızın xəbəri olsun. Bunu yazmaq istəməzdim, amma məcburam. Allah sənə rəhmət eləsin gözəl insan”.

Onun infarkt səbəbindən öldüyü ehtimal olunur.

Qeyd edək ki, Kamran İsrafilov Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan “Novruz” Bahar Festivalının keçirilməsində, Strasburqda YUNESKO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə “Azərbaycanın xoşməramlı mələkləri” adı altında keçirilən konsertin lentə alınmasında və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib.

Həmçinin, İTV televiziya kanalında uşaq və digər verilişlərdə aparıcı olub, son ildə özünü aktyor kimi də sınayıb və Arzu Əliyevanın prodüserliyi ilə çəkilmış “Əbədi ezamiyyət” sənədli filmində Ə.Tobçubaşovun obrazını canlandırıb.

Kamran İsrafilov həmçinin yeni yaradılan Uşaq Teatr Studiyasının rejissoru idi.

Könül Cəfərli

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər