Fevralın 3-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2025-ci ilin yaz sessiyasının ilk plenar iclası keçirilib.
Müzakirələrdə komitə sədrləri Hicran Hüseynova çıxış edərək bildirib ki, Azərbaycanın inkişafı hər birimizi qürurlandırır: “Ölkəmiz ədalətli mübarizə apararaq uzunmüddətli işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu gün regionda tamamilə yeni bir siyasi reallıq formalaşıb. Bütün təzyiqlərə baxmayaraq, Azərbaycanın beynəlxalq nüfuzu artır, iqtisadi imkanları genişlənir və ölkəmiz qlobal proseslərin fəal iştirakçısına çevrilir. Bu uğurların əldə edilməsində gənclərimizin böyük rolu var. Biz gənclərimizlə fəxr edirik! Onlar savadlı, vətənpərvər və milli ruhda yetişirlər. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva gənclərə xüsusi diqqət və qayğı göstərir, onların inkişafı üçün geniş imkanlar yaradır. Parlamentin sədri Sahibə xanım Qafarovanın təşəbbüsü ilə gənc ailələrin və gənclərin problemləri ilə bağlı ictimai dinləmələr keçirilir”.
Müzakirə qapadılmışdır.