Sumqayıt Şəhər İcra Hakimiyyətində keçirilən görüş zamanı Leo Kimlə təhsil, innovasiya və sahibkarlıq sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. Şəhərin iqtisadi və sosial inkişafı, sənaye potensialı və ali təhsil müəssisələri ilə birgə layihələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qonağa Sumqayıtın son illərdəki inkişafı, texnoloji və sənaye zonalarının fəaliyyəti, startap təşəbbüslərinə dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəhərdə fəaliyyət göstərən ali təhsil ocaqları, xüsusilə Sumqayıt Dövlət Universiteti ilə əməkdaşlıq innovativ təşəbbüslərin reallaşdırılması baxımından əhəmiyyətli imkanlar yaradır.
Leo Kim göstərilən diqqət və səmimi qəbul üçün təşəkkürünü bildirib, Sumqayıtın innovativ şəhər modelinə çevrilmək potensialını yüksək qiymətləndirib.
Görüş qarşılıqlı maraq doğuran sahələrdə gələcək əməkdaşlığa dair ilkin fikir mübadiləsi ilə yekunlaşıb.
Müzakirə qapadılmışdır.