Mutasiyadan sonra hüceyrələrə daxil olma gücü təxminən 10 dəfə artan koronavirus pambıq parça və əlcəklərin üzərində cəmi bir saat yaşaya bilir.
Haberler.com bu barədə ABŞ-da yerləşən “Scripps” araşdırma mərkəzinə istinadla məlumat verir.
Tədqiqatın nəticələrinə görə, koronavirusun yayılmasından sonra tez-tez istifadə olunan plastik əlcəklər və maskalar virusun səthlərdə qalma qabiliyyətinə əslində təsir eləmir.
Qeyd olunur ki, 100% pampıqdan hazırlanmış əlcək və maskaların üzərində virusun yaşama müddəti bir saatdan artıq deyil və bu qoruyucu vasitələr plastik analoqlarından dəfələrlə effektlidir.