Laçının Sus kəndində ilk dərs günü – FOTO

482

Sentyabrın 16-da 2024-2025-ci tədris ilində fəaliyyətə başlayan Laçın rayonu Sus kənd tam orta məktəbi və eyni adlı bağçada ilk dərs günü tədbiri keçirilib.

Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin əməkdaşı Qalib Abasov, sektor əməkdaşları, məktəb və bağçanın kollektivi, şagirdlər iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən idarə müdiri Fuad Bədəlov hər iki müəssisənin fəaliyyətə başlaması münasibətilə təhsil işçilərini, şagird və valideynləri təbrik edib, onlara uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyin əməkdaşı Qalib Abasov da müəllim və şagirdləri təbrik edib.

Daha sonra məktəbdə yaradılmış şəraitlə tanışlıq olub. Bildirilib ki, Sus kənd tam orta məktəbində ilkin olaraq 19 şagird, eyni adlı körpələr evi-uşaq bağçasında isə 13 uşaq təhsilə cəlb edilib.

Qeyd edək ki, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə Sus kənd tam orta məktəbi işğaldan azad olunmuş torpaqlarda fəaliyyətə başlayan 4-cü ümumi təhsil, Sus kənd körpələr evi-uşaq bağçası isə 3-cü məktəbəqədər təhsil müəssisəsidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər