Heydər Əliyev Fondu-nun vitse-prezidenti Leyla Əliyeva Vətən müharibəsi qazisi, birinci qrup əlil Rəvan Əzizovun evində olub.
Görüş zamanı qazinin səhhəti, sosial vəziyyəti və gündəlik qayğıları ilə maraqlanılıb, onun ehtiyac və müraciətləri dinlənilib. Bildirilib ki, dövlət tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı davamlı xarakter daşıyır və bu istiqamətdə həyata keçirilən sosial layihələr xüsusi əhəmiyyət kəsb edir.
Səmimi şəraitdə keçən görüşdə Rəvan Əzizov Vətən müharibəsi dövründə keçdiyi döyüş yolundan danışıb, göstərilən diqqət və dəstəyə görə minnətdarlığını ifadə edib. Qeyd olunub ki, qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlıq və məişət problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.




Müzakirə qapadılmışdır.