Lift təsərrüfatı: dünən və bu gün

1300

Bu il boz çöllərdə, qumsal ərazilərdə salınmış Sumqayıtın yetmiş beş yaşı tamam olur. Şəhərin tarixi, inkişaf yolu barədə çoxlu sayda kitablar ərsəyə gəlib, bir-birindən maraqlı yazılar çap olunub. Doğrudan da Sumqayıtımızın hər daşı, ağacı, tikilisi bir tarixdir. Şübhəsiz ki, burada sənaye gücləri ilə yanaşı, mənzil və sosial yönümlü obyektlər, inzibati binalar da tikilib istifadəyə verilmiş, yol infrastrukturu yaradılmış, park və xiyabanlar salınmışdır. İllərin qanadında sakinlərə göstərilən xidmətlər genişləndirilmişdir.

Sumqayıtda lift xidməti göstərilən ilk doqquz mərtəbəli bina 1965-ci ildə şəhərin 3-cü mikrorayonunda quraşdırılmışdır. İllər ötdükcə belə “göydələn”lərin sayı artmış, daha uca binaların inşası onlar üçün lift sisteminin yaradılmasını zəruri etmişdir.

Ötən əsrin 60-cı illərində bu sahə ilə Rusiyanın “Soyuzliftmontaj” Trestinin Azərbaycanda yaradılmış bir idarəsi məşğul olurdu. Sonralar respublikanın Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin nəzdində “Azərlift” İdarəsi təşkil edilmişdir.

Sumqayıtda isə onun cəmi iki nəfərdən ibarət kiçik bir qrupu vardı. Lakin peşəkarlığın kifayət dərəcədə olmaması, maddi-texniki təminatın zəifliyi liftlərin işləkliyinə nail olmağa lazımı səviyyədə imkan vermirdi. Qah liftlərin mühərrikləri sıradan çıxır, qapılar “ilişir” və sakinlər liftdə qalır, qəza vəziyyətləri yaranırdı. 1990-cı illərin əvvəllərində isə respublikadakı ağır ictimai-siyasi vəziyyət şəhərin lift təsərrüfatına da özünün mənfi təsirini göstərdi. Günlərin birində isə “Azərlift” Baş İdarəsi səbəbi məlum olmayan absurd bir qərar çıxardı – 350 lifti olan Sumqayıt lift idarəsi cəmi 150 lifti olan Gəncənin lift idarəsinin tabeliyinə verildi.

Çox keçmədən Sumqayıtın lift təsərrüfatının bərpasına, onun müasir, dünya standartlarına uyğun şəkildə yenidən qurulmasına nail olmasını bacaran yenilikçilər, yaradıcı mütəxəssislər tapıldı. Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsinin məzunu olan, səmərələşdirici energetik kimizəngin təcrübə toplamış Cümşüd İsmiyev otuz ildən çoxdur ki, “Lift-servis” birliyinə rəhbərlik edir. Onun mühəndislik və yüksək təşkilatçılıq bacarığı sayəsində şəhərimizin lift təsərrüfatında canlanma, irəliləyiş başlandı, aylarla təmirsiz qalan liftlər bərpa edilərək işə salındı. Bu gün də liftlərin səmərəliyi, sakinlərin rahatlığı təmin edilməklə işləməsi diqqət mərkəzindədir.

Dövlət qayğısının nəticəsi:

Prezident İlham Əliyevin sürətlə inkişaf edən Sumqayıta diqqət və qayğısı son illər daha da artmışdır. Bunu əhaliyə xidmətin yüksəldilməsi məqsədi ilə cənab Prezidentin şəhərin lift təsərrüfatının yenilənməsi üçün imzaladığı sərəncamlarda təsdiq edir. Dövlət başçısının 2015-ci il oktyabrın 13-də imzaladığı sərəncama əsasən, Sumqayıt şəhərində çoxmənzilli binalarının lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Prezidentin Ehtiyat Fondundan bu mühüm sahəyə 3,7 milyon manat, eyni məqsədlə bir il sonra 2,5 milyon, 2017-ci ildə 3,7 milyon, 2018-ci ildə 2,5 milyon, 2019-cu ildə 4 milyon manat, ümumilikdə 17 milyon manata dək vəsait ayrılmışdır.

Məhz dövlət qayğısının nəticəsidir ki, son illər şəhərimizin lift təsərrüfatının 76 faizi tamamilə təzələnmiş, hündür mərtəbəli binalar 450-dən çox yeni, müasir, elektron tipli lift kabinələri ilə təchiz edilmişdir. Bütünlükdə isə şəhərin 594 liftinin hamısı bu gün tam işlək vəziyyətə gətirilmişdir.

Yeniliklərə imza atanlar:

75 illik yubileyi qeyd olunan Sumqayıtda aparılan abadlıq-quruculuq işləri heç də paytaxtdan geri qalmır. Ölkə başçısı İlham Əliyevin məlum sərəncamları ilə həmrəylik şəhəri gözəlləşir və onun sakinlərinin rifahı üçün hər cür şərait yaradılır. Görülən və görülməkdə olan bu kimi işlərin tərkib hissəsi kimi lift təsərrüfatı sahəsinin yaxşılaşdırılması da günün ən aktual məsələlərindən hesab edilir. Mübaliğəsiz deyə bilərik ki, son onillikdə bu sahədə böyük canlanma hiss olunur. Burada çalışanlar həqiqətən işlərinin öhdəsindən layiqincə gəlir, peşəkarlıqları ilə seçilirlər. Xüsusilə vurğulayaq ki, lift təsərrüfatı ilə bağlı qısa zaman kəsiyində həyata keçirilən mühüm layihələrdən biri intellektual idarəetmə mərkəzinin yaradılmasıdır. Məhz bu mərkəz vətəndaşa 24 saat ərzində yüksək səviyyədə xidmət göstərməyə, onun hər bir istək və arzusunu reallaşdırmağa qadirdir

“Lift-servis” birliyinin direktoru Cümşüd İsmiyev deyir ki, müəssisənin yaradılması şəhərimizdə bu sahədə problemlərin əmələ gəlməsi ilə əlaqədar 1988-ci ilin son vaxtlarına təsadüf edir. Qeyd etdiyim kimi, Sovetlər dövründə respublikamızda lift mütəxəssislərinin əksəriyyəti digər millətlərin nümayəndələrindən ibarət idi. Yəni onların arasında azərbaycanlılar demək olar ki, yox idi. Məlum hadisələr vaxtı belə mütəxəssislər ölkəni tərk etdikdən sonra liftlə əlaqədar böyük problemlər yaranmağa başladı, mütəxəssislər çatışmadı. Bu səbəbdən şəhərimizdə lift sahəsi bərbad vəziyyətə düşdü. 1989-cu ildən şəhər rəhbərliyinin tapşırığıyla və mövcud problemlə əlaqədar müəssisəmizin yaranma zərurəti oldu. Həmin vaxtdan mən bu sahəyə rəhbərlik edirəm. Liftlərin alınması, quraşdırılması, təmiri, istismar olunması, texniki xidmətlərin göstərilməsi və s. bu kimi işlərin hamısı tərəfimizdən həyata keçirilməyə başladı. İş prosesində sözsüz ki, böyük çətinliklər də yaranırdı. Bütün problemləri mərhələli şəkildə həll edərək mərkəzləşdirilmiş qaydada müasir texnologiyalı dispetçer xidmətinin təşkilini lazım bildik.

Danışan liftlər və intellektual idarəetmə mərkəzi:

Düzdür, bu proses xeyli uzandı. Lakin 2015-ci ildə cənab Zakir Fərəcov şəhərimizə başçı təyin olunandan sonra isə layihəmizi ona təqdim etdik və dərhal məsələ öz həllini tapdı. Belə ki, Prezident İlham Əliyevin diqqət və qayğısı, Zakir müəllimin təşkilatçılığı sayəsində 2017-ci ilin sonuna dək şəhərdə istismar müddəti başa çatmış üç yüz on lift elektron tipli liftlərlə əvəz olunmuşdur. Bununla belə, lift xidmətinin keyfiyyətinin daha da yüksəldilməsinə ehtiyac duyulurdu. Şəhər rəhbərliyinin tapşırığına əsasən Cənubi Qafqaz regionunda ilk dəfə olaraq liftlərin mərkəzləşdirilmiş dispetçer xidməti vasitəsilə idarə edilməsi işlərinə onlayn rejimdə start verildi. Qısa vaxt ərzində 18-ci mikrorayonda 42 ədəd lift intellektual sistemə qoşuldu.

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov 2018-ci il fevralın 23-də müəssisəmizə gələndə burada görülən işləri yüksək qiymətləndirərək liftlərin vəziyyəti və onların təhlükəsiz istismarına məsuliyyətlə yanaşmağın vacibliyini vurğulamışdır. Hazırda bu sahədə geniş təmir-bərpa işləri görülür. Belə ki, şəhərin müxtəlif yerlərində yüzlərlə lift ən müasir tələblərə cavab verən elektron liftlərlə əvəz olunub. Görülən işlər nəticəsində 450-dən çox lift mərkəzləşdirilmiş dispetçer xidmətinə qoşulub.

Təhlükəsizliyin qarantı:

Qeyd etmək lazımdır ki, şəhərimizdə lift təsərrüfatının normal fəaliyyəti Sumqayıt şəhər İcra Hakimiyyəti və onun başçısı Zakir Fərəcovun nəzarəti altında aparılır. Sakinlərin rahatlığına hesablanmış liftlərin yenilənməsi, təhlükəsizliyin təmin edilməsi və işin keyfiyyətli yerinə yetirilməsi prosesi davam edir. Son illərdə ölkə başçısının şəhərimizə göstərdiyi diqqət və qayğı nəticəsində 250-dən çox köhnə lift müasir tipli liftlərlə əvəz olunub.

Məlumat üçün bildirək ki, təhlükəsizlik və etibarlılıq məsələsi hər zaman bizim nəzarətimizdə saxlanılır. Hazırda şəhərdə quraşdırılan müasir liftlərin hamısı intellektual liftlərdir. Bu liftlər tam təhlükəsizdir və bir çox üstünlükləri var. Belə ki, yeni liftlərdə nasazlıq yaranarsa, dərhal elektron nəzarət dispetçerinə siqnal ötürülür. Bu da operativ şəkildə müdaxilə etmək, problemi yerindəcə aradan qaldırmaq üçün böyük köməklik göstərir. Bundan əlavə, bütün liftlər sakinlərlə danışmaq bacarığına malikdir.

Bu gün lift təsərrüfatı sahəsində görülən geniş işlər nəticəsində şəhərdə liftlərlə bağlı ciddi problemlər yaşanmır. Məlumat üçün deyək ki, ötən illər ərzində şəhərin 76 faizi yeni liftlərlə əvəz olunub. Bu il isə 150-dən çox lift yenisi ilə əvəz ediləcək.

Sakinlərin rahatlığı:

“İşimizdə sakinlərin rahatlığı əsas məsələdir” – deyə lift təsərrüfatının müdiri Cümşüd İsmiyev bildirir. Mən dəfələrlə müxtəlif məqsədlərlə şəhərin hündür mərtəbəli binalarındakı liftlərdə olmuşam. Orada işləyənlər də sakinlər dəfələrlə görülən işlərdən razılıqlarını ifadə ediblər. Bu gün də biz sakinlərin qayğısına qalmağa, onların problemlərini yerindəcə həll etməyə çalışırıq. Sakinlər bizə müraciət etdikdə liftdə hər hansı nasazlıq, problem olduqda dərhal tədbir görürük. Təmir-bərpa işləri, yeni liftlərin quraşdırılması sakinlərin razılığı və arzusuna əsasən aparılır.

Yeri gəlmişkən, cari ilin yanvar-mart ayları ərzində şəhərin bir çox binalarında 70-dən çox lift yenisi ilə əvəz olunub. Ümumilikdə şəhərdə yeni liftlərin sayı 450-dən çoxdur. Bütün bunlar Sumqayıt şəhərinin sürətli inkişafının, sakinlərə qayğısının göstəricisidir.

Müasir standartlara uyğun xidmət:

75 illik yubileyini qeyd edən Sumqayıtda hər bir sahədə olduğu kimi lift təsərrüfatı sahəsində də yüksək xidmət göstərilir. Şəhərdə bu gün heç bir liftdə problem yoxdur. Görülən işlər, aparılan abadlıq işləri nəticəsində Sumqayıtda lift sahəsində də ciddi irəliləyişlər var. Təmir işlərinin yüksək səviyyədə aparılması, hər bir sakin üçün yaxşı şəraitin yaradılması bizim əsas vəzifəmizdir.

Bu il də lift təsərrüfatı sahəsində genişmiqyaslı yenidənqurma işləri aparılır. Dövlət başçısının tapşırığına əsasən, köhnə liftlər tamamilə yenisi ilə əvəz edilir. Hazırda şəhərin hündür mərtəbəli binalarında 150-dən çox liftin yenilənməsi prosesi davam edir.

“Sakinlərin rahatlığı bizim üçün əsasdır. Çalışırıq ki, işlərimiz yüksək səviyyədə görülsün. Liftlərdəki problemlərin operativ həlli, onların texniki vəziyyəti bizim hər zaman nəzarətimizdədir. Görülən işlər isə sakinlərin razılığına səbəb olur” – deyə Cümşüd İsmiyev bildirir.

Beləliklə, bu gün Sumqayıtın lift təsərrüfatı ilə bağlı ciddi problemlər yoxdur. Şəhərdə lift sahəsində görülən işlər sakinlərin rahatlığına xidmət edir. Hazırda şəhərin lift təsərrüfatı sahəsində 500-dən çox mütəxəssis çalışır. Lift təsərrüfatının müasirləşdirilməsi, köhnə liftlərin yeniləri ilə əvəz olunması, texniki baxışların vaxtında keçirilməsi sakinlərin razılığına səbəb olur. Lift təsərrüfatı sahəsində görülən işlər bu gün də davam edir. Prezidentimiz cənab İlham Əliyevin Sumqayıta olan diqqət və qayğısı, şəhər rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən layihələr nəticəsində lift sahəsində də ciddi irəliləyişlər var. Bu isə sakinlərin rahatlığı, onların qayğısına qalmaq deməkdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər