Aprelin 10-da Sumqayıt Dövlət Universitetində Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə “Maarifçi” təcrübə proqramı barədə infosessiya keçirilib.
Tədbirdə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov gənclərə təqdim olunan təhsil imkanları və beynəlxalq proqramların onların karyerasına verdiyi töhfədən danışıb.
Elm və Təhsil Nazirliyinin nümayəndəsi Səma Əliyeva “Maarifçi” proqramının məqsədləri, mərhələləri və təqdim etdiyi imkanlar barədə məlumat verib. O, proqramın istedadlı gəncləri dövlət qurumlarına cəlb etmək baxımından əhəmiyyətini vurğulayıb və şəxsi təcrübəsini bölüşüb.
Sessiya sual-cavab və fikir mübadiləsi ilə yekunlaşıb.





Müzakirə qapadılmışdır.