Magistr olmaq istəyənlər üçün yeni imkanlar: SDU ixtisaslarını açıqladı

201

Sumqayıt Dövlət Universiteti son illərdə təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edib. Universitetdə həyata keçirilən islahatlar nəticəsində tədris mühiti müasir tələblərə uyğun təkmilləşdirilib, innovativ təhsil yanaşmaları tətbiq olunub və ali təhsil müəssisəsi beynəlxalq reytinqlərdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib.

Məhz bu inkişaf strategiyasının nəticəsi olaraq Sumqayıt Dövlət Universiteti bu gün ölkənin rəqabətqabiliyyətli ali təhsil müəssisələrindən biri kimi müxtəlif istiqamətlər üzrə yüksəkixtisaslı magistr kadrlarının hazırlanmasını uğurla həyata keçirir. Sumqayıt Dövlət Universiteti 2026/2027-ci tədris ili üçün magistratura səviyyəsinə qəbul aparılacaq ixtisasların siyahısını açıqlayıb.

2026/2027-ci TƏDRİS İLİ ÜÇÜN ALİ TƏHSİL PİLLƏSİNİN MAGİSTRATURA SƏVİYYƏSİNƏ QƏBUL APARILAN İXTİSASLAR:
Pedaqogika
• Azərbaycan dili və ədəbiyyatının tədrisi
• Biologiyanın tədrisi
• Coğrafiyanın tədrisi
• Fizikanın tədrisi
• Kimyanın tədrisi
• Məktəbəqədər yaş dövründə inkişaf və təhsil
• Təhsil nəzəriyyəsi və tarixi
• Riyaziyyatın tədrisi
• Tarixin tədrisi
Psixologiya
• Təhsil psixologiyası
Sosiologiya
• İdarəetmənin sosiologiyası
Tarix
• Azərbaycanın yeni və ən yeni tarixi
• Azərbaycanın qədim və orta əsrlər tarixi
• Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi
Biznesin təşkili və idarə edilməsi (MBA)
• Ümumi idarəetmə
• Maliyyə (MBA)
Menecment
• Strateji menecment
• Təhsil menecmenti
Mühasibat
• Maliyyə mühasibatlığı
Biologiya
• Mikrobiologiya
Fizika
• Tətbiqi fizika (yarımkeçiricilər və dielektriklər fizikası)
• İstilik fizikası və molekulyar fizika
• Yarımkeçirici cihazlar və texnologiyalar
Coğrafiya
• Azərbaycan coğrafiyası
Kimya
• Üzvi kimya
• Qeyri-üzvi kimya
• Neft kimyası
• Polimer kimyası
Riyaziyyat
• Riyazi analiz
• Diferensial tənliklər
• İnformatikanın riyazi əsasları
Data elmləri
• Verilənlərin təhlili
Ekologiya mühəndisliyi
• Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması
• Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması (Tədris ingilis dilində)
Elektrik və elektronika mühəndisliyi
• Elektrik təchizatı (sahələr üzrə)
İnformasiya texnologiyaları
• İdarəetmədə informasiya sistemləri
İnformasiya təhlükəsizliyi
• Kibertəhlükəsizlik
Kimya mühəndisliyi
• Əsas üzvi sintezin kimyası və texnologiyası
• Polimerlərin kimyəvi texnologiyası
Kompüter mühəndisliyi
• Kompüter sistemləri və şəbəkələri
• Kompüter sistemləri və şəbəkələri (Tədris ingilis dilində)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər