Cavanşir körpüsünün üstündə qızın maşının üzərində rəqs etməsi məsələsi araşdırılır.
Bu barədə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a məlumat verilib.
Məlumatda qeyd olunur ki, araşdırma zamanı məlum olub ki, maşın müğənni Nur Cəfərliyə məxsusdur:
“Həmin xanımın kimliyi yol polisi tərəfindən müəyyən olunub. Xanım idarəyə dəvət olunub”.