İctimai Televiziyada yayımlanan “Media və Zaman” verilişinin növbəti buraxılışı Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində çəkilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov “Media və Zaman” verlişinin qonaqlarını – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovu, Milli Məclisin üzvü, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimovu, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlını və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevi salamlayıb.
Daha sonra qonaqlar Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi ilə tanış olub.
Qeyd edək ki, İctimai Televiziyada yayımlanan “Media və Zaman” verilişi 23 dekabr tarixdə “Carçı”xəbərlər proqramından sonra – 21:30 radələrində efirə gedəcək.
Müzakirə qapadılmışdır.